Dünən şəxsi məlumatlarınız 5 min dollara satılıb? - AÇIQLAMA

Dünən şəxsi məlumatlarınız 5 min dollara satılıb? - AÇIQLAMA
"Sosial media platformalarının ilk çöküş anında hamının ağlına yalnız bir şey gəldi: Müharibə. Lakin, xoşbəxtlikdən problem qlobal idi”.
 
Sfera.az bildirir ki, bunu texno-bloqqer Fərid Pərdəşünas deyib. Onun sözlərinə görə, hər şey "Facebook” DNS serverlərinin cavab verməməsi ilə başlayıb:

"Yəni, siz internetə "facebook com" yazanda, internet bu adresi harada tapacağını bilmirdi. Daha sonra "Facebook”un texniki direktorunun açıqlamasından çox ciddi şəbəkə problemi yaşandığı məlum oldu. "New York Times”ın xəbərinə görə, "Facebook” ofisində vəziyyət o həddə çatmışdı ki, işçilər yalnız email vasitəsilə əlaqə qura bilirdilər. Saatlar keçməsinə baxmayaraq, şəbəkə özünə gəlmədi. Bu da birbaşa birjalarda özünü göstərdi və "Facebook” səhmlərində 5.36%-lik böyük düşüş yaşandı. Mark milyardlarla dollar itirdi”.

F.Pərdəşünas qeyd edib ki, gecənin ən qorxulu xəbəri dark web-də 1.5 milyard "Facebook” istifadəçisinin şəxsi məlumatlarının satışa çıxarılması olub:

"Bu məlumatlar arasında ad, soyad, nömrə və məkan məlumatları yer alır. Lakin bu oğurlanma faktı hələki təsdiqini tapmayıb. Satıcı bütün məlumat bazasını hələ ki, açmayıb. 5000 dollara 1 milyon istifadəçi məlumatı satılıb. Şəbəkə hazırda işlək olsa da, porblemlər hələ davam edəcək. Paylaşımların istifadəçilərə çatmasında ciddi problemlər var”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu telefon sahiblərinin DİQQƏTİNƏ! - Bu gündən “WhatsApp” işləməyəcək - SİYAHI

Mesajlaşma proqramı olan WhatsApp aprelin 30-dan etibarən bəzi cihazlarda fəaliyyətini dayandıracağını açıqlayıb.   Bir çox WhatsApp istifadəçilərinin is...

Donald Tramp “Twitter”ə qayıtdı – İlk paylaşımı gündəm oldu

Uzun müddət "Twitter” tərəfindən məhdudiyyətlər tətbiq edilən ABŞ-ın eks-prezidenti Donald Trampın sosial şəbəkəyə qayıdışı gündəm olub.     Sfer...

Müharibədən sonra Ermənistana və Gürcüstana kütləvi köç edənlər kimlərdir? – “Azərbaycana ailəlikcə gəlirlər...”

"İT şirkəti olan EPAM-ın minlərlə mütəxəssisi Rusiya -Ukrayna müharibəsindən sonra didərgin düşüb”. Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Foru...

Azərbaycanda bu avtomobilləri almaq asanlaşacaq: Kredit şərtləri sadələşdirilə bilər

Ölkəyə yenidən köhnə avtomobillərin gətirilməsində artım müşahidə olunur. Belə ki, 2016-cı ildə hər 6 avtomobildən 1-nin yaşı 5 ildən az, hər 3 avtomobildən 1-n...

"Google Maps" bu məlumatları yığışdırır – “Bakı sakinlərinin işi çətinləşəcək”

""Google Maps" xəritəsindən Bakının ictimi nəqliyyat marşrutlarına dair məlumatlandırma sisteminin yaxın günlərdə yığışdırılacağı ilə bağlı xəbər çox məyusedici...

Azərbaycanda internetdə problemlər yaranacaq

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycan internetini gözləyən risklər var.   Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman...