Dollar alışında kəskin artım – Mərkəzi Bankın açıqlaması nədən xəbər verir?
11:57 / 22.12.2021
2747
2021-ci
ilin noyabrında nağd dollar alışında kəskin artım müşahidə edilib.
Sfera.az
Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, nağd dollar alışı
sentyabrda 95,4 milyon, oktyabrda 159,3 milyon olduğu halda, noyabrda alınan
dolların məbləği 317 milyona yüksəlib. Bir ay ərzində dollar alışı təxminən 2 dəfə
artıb.
2021-ci
ildə nağd dollar alışı ən yüksək səviyyəyə yanvarda yüksəlmişdi. Həmin ayda
325,4 milyon dollar nağd şəkildə alınmışdı. Amma sonrakı aylarda alışlar
azalaraq iyunda 76,7 milyon dollara düşmüşdü. Son 2 ayda dollara tələbin sürətlə
artması müşahidə edilir.
Dollara
tələbin artması nağd dollar satışını xeyli azaldıb. Avqust və sentyabrda hər ay
120-125 milyon dollar nağd şəkildə satıldığı halda, satış məbləği oktyabrda 100
milyona, noyabrda 96 milyona düşüb. Noyabrda
dollar alışı satışdan 3,3 dəfə çox olub ki, bu da cari ildə qeydə alınan ən
böyük fərqlərdən biridir.
Qeyd edək
ki, oktyabr və noyabrda dollara tələb artsa da avro və funt sterlinq kimi digər
aparıcı valyutalara tələbdə artım yoxdur. Son
aylarda nağd dollar alışının artmasını bir neçə səbəblə əlaqələndirmək olar.
Birinci səbəb xaricə səfərlərin sayının artmasıdır. Xarici ölkələrə səfərlərin
sayı ilin üçüncü rübündən başlayaraq sayı ilin ilk ayları ilə müqayisədə xeyli
artıb. Artım nağd dollar alışlarına təsir göstərib.
İkinci səbəb
idxalın (o cümlədən fiziki şəxslər tərəfindən) artmasıdır. Noyabrda idxalın həcmi
2021-ci ilin ən yüksək aylıq səviyyəsinə yüksəlib. İdxalın bir hissəsi nağd vəsaitlə
həyata keçirildiyindən dollara tələb güclənib.
Xüsusən
avtomobil idxalında güclü artım valyutaya tələbi artırır. Noyabrda avtomobil
idxalına 91 milyon dollar xərclənib və avtomobillərin böyük hissəsi
Gürcüstandan gətirilib. Gürcüstanda alınan avtomobillərin bir çoxunun pulu nağd
şəkildə ödənildiyindən nağd dollara tələb yüksəlir.
Vasif