Doktoranturaya sənəd qəbulu başa çatdı

Doktoranturaya sənəd qəbulu başa çatdı
Portal.edu.az üzərindən ali təhsil pilləsinin doktorantura səviyyəsinin fəlsəfə doktoru hazırlığı proqramı üzrə sənəd qəbulu prosesi başa çatıb.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, müraciət edən namizədlər "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş 19 dövlət qurumunun tabeliyində olan 69 təhsil müəssisəsinə müraciət göndərib.
 
Cari ildə doktorantura təhsil səviyyəsi üzrə ümumilikdə 1971 müraciət daxil olub. 1832 müraciət fəlsəfə doktoru üzrə, 139 müraciət isə elmlər doktoru üzrə olub. Fəlsəfə doktoru üzrə müraciətçilərin 1716 nəfəri növbəti mərhələdə olan imtahana buraxılış imkanı əldə edib.

Qeyd edək ki, elmlər doktoru üzrə müraciətlərin qəbulu 31 avqust saat 23:59-a kimi davam edəcək.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...