DİQQƏT! Bu məktəblərin lisenziyaları geri alınacaq

DİQQƏT! Bu məktəblərin lisenziyaları geri alınacaq
Azərbaycanda fəaliyyət göstərən məktəblərin yalnız 8 %-də tədris digər dillərdə aparılır. Yerdə qalan məktəblərdə şagirdlər Azərbaycan dilində təhsil alırlar.
 
Sfera.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev "QəbuldASAN” verilişində deyib.
 
Onun sözlərinə görə, fərq çox böyükdür: "Hər bir valideynin öz övladının tədris dilini seçmək hüququ var. Rus bölməsinə getmək istəyən uşaqların dil biliyi yoxlanılır. Tövsiyəmiz odur ki, ailədə uşaq hansı dildə danışırsa, həmin dildə tədris alması məqsədə uyğundur. Uşağa ağır stres yaratmağa ehtiyac yoxdur. Ən yaxşı məktəblərimiz belə məhz Azərbaycan dilində olan məktəblərdir”.
 
Nazir bildirib ki, məktəbi bitirən hər bir Azərbaycan vətəndaşı qəbul imtahanı zamanı mütləq şəkildə dövlət dilindən imtahan verməlidir: "Rus bölməsində tədris olunan bəzi fənlərin Azərbaycan dilində tədrisi ilə bağlı pilot layihələrə də başlanılıb. Bakıda bəzi ingilisdilli özəl məktəblər var ki, orada mütləq şəkildə
Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı ana dilində Azərbaycan vətəndaşlarına tədris edilməlidir. Əks halda həmin məktəblərin lisenziyaları geri alınmalıdır.
 
Əgər qaydalara əməl olunmasa, ölçü götürülməlidir”.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...