Dini təriqətə qoşulub döyüşənlərə 6 ay həbs verildi

Dini təriqətə qoşulub döyüşənlərə 6 ay həbs verildi
Pakistanda qanunsuz silahlı birləşmənin tərkibində döyüşən Mənsur Cumayev və Nəsir Cahangirovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Sfera.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda onların hər biri 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin 2021-ci ildə keçirdiyi əməliyyatla saxlanılıb. Azərbaycan vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur və 1971-ci il təvəllüdlü Cahangirov Nəsirin ölkə hüdudlarından kənarda silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib. Məlum olub ki, M.Cumayev və N.Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə "Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub. Onlar Pakistan-Əfqanıstan sərhədində silahlı qruplaşmanın tərkibində döyüş əməliyyatlarında iştirak ediblər.

Faktla bağlı M.Cumayev və N.Cahangirov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, Pakistan qanunvericiliyinə görə, qeyri-qanuni təşkilatlara qoşulan şəxslər 6 ay müddətə azadlıqdan məhrum edilir. Azərbaycan qanunvericiliyinə görə isə məhkəmələrin təyin etdiyi cəza cinayətin törədildiyi xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.

OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...