DİN-dən Şirvanda baş verən qətlə münasibət

DİN-dən Şirvanda baş verən qətlə münasibət
Daxili İşlər Nazirliyi Şirvanda baş verən qətlə münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq deyib ki, bu gün saat 18 radələrində Şirvanda şəhər sakini, əvvəllər üç dəfə məhkum olunmuş Elnur Abıyev qoşalülə ov silahından atəş açaraq, ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyalə Abıyevaya ağır bədən xəsarəti yetirib:

"Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib. Cinayəti törədən Elnur Abıyev isə istifadə etdiyi odlu silahı götürərək, hadisə yerindən qaçıb.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində onun gizləndiyi yer (atasının evində gizlənib) müəyyən edilib.

E.Abıyevə silahı təhvil verib təslim olmaq barədə bir neçə dəfə xəbərdarlıq edilib. Lakin o, bu tələbdən qətiyyətlə imtina edərək, polis əməkdaşları istiqamətində bir dəfə atəş açıb.

Belə olan halda polis əməkdaşları xidməti silah tətbiq etmək məcburiyyətində qalıb və onun diz nahiyələrindən vuraraq zərərsizləşdiriblər.

Silah götürülüb və o, təcili xəstəxanaya aparılıb. Hazırda o, polis nəzarəti altında şəhər xəstəxanasında müalicə alır”.

Faktla bağlı cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...