“Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda dəyirmi masa keçirildi - FOTO

“Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda dəyirmi masa keçirildi - FOTO
Aprelin 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda dəyirmi masa keçirilib. 

Sfera.az xəbər verir ki, yerli media orqanlarının rəhbər şəxslərinin iştirak etdikləri tədbirdə müasir dövrdə mediadakı problemlərdən, dezinformasiyaların artmasının mənfi təsirlərindən danışılıb, həmçinin bu hala qarşı mübarizə üsullarından bəhs olunub. 

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçən tədbirdə çıxış edən ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Teresa Ribeiro bildirib ki, elm və texnologiyanın sürətlə inkişaf etdiyi mürəkkəb bir dövrdə yaşayırıq. Belə bir dövrdə media azadlığı, dezinformasiya məsələsi aktuallıq kəsb edir. Smartfonların tətbiqi yanlış məlumatların daha geniş yayılmasına gətirib çıxarır. Bu da təbii olaraq insanlarda etibarsızlıq yaradır. Peşəkar mediaya etibarın sarsılması isə bir sıra problemlərə səbəb olur. 

Jurnalistikanın üzərinə düşən vəzifəni icra edə bilməməsinin fəsadlarla nəticələndiyini deyən Teresa Riberio qeyd edib: "Media azadlığı olmadan təhlükəsizlik ola bilməz. Məlumatların cəmiyyətə ətraflı, obyektiv və qərəzsiz ötürülməsi peşəkar jurnalistikada əsas amildir. Dezinformasiyaya qarşı mübarizədə şəffaflıq, cəmiyyətdə mediaya inam təmin olunmalıdır. Söz, fikir azadlığı, jurnalistin toxunulmazlığı, təhlükəsizliyi qorunub saxlanmalıdır. Media savadlılığı çox mühüm şərtdir”. ATƏT rəsmisi vurğulayıb ki, Azərbaycana səfərdə məqsəd media azadlığının təmin edilməsinə, dezinformasiyaya qarşı mübarizəyə kömək etməkdir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda "Media haqqında" yeni Qanun qəbul edildiyini diqqətə çatdırıb. Bildirilib ki, yeni Qanunun qəbul edilməsində məqsəd daxili məhsulun keyfiyyətli hazırlanması, paylanması, dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Qanun layihəsində bir çox məsələlərin əks olunduğunu qeyd edən Əhməd İsmayılov layihədə müəllif hüquqlarının qorunması ilə bağlı vacib müddəaların əksini tapdığını deyib. Diqqətə çatdırıb ki, KİV-in hüquqlarının, fikir, söz azadlığının təmin edilməsi, bərabər imkanların yaradılması mühüm amillər kimi diqqət çəkir. 

"Yeni Qanun media sahəsində boşluqları doldurmaqla bərabər, söz, fikir azadlığının, plüralizmin təmin edilməsi, media ilə ictimaiyyət arasında münasibətlərin normallaşdırılması, bir sözlə, media üçün əlverişli mühitin yaradılmasının təminatçısıdır”, - deyən MEDİA-nın İcraçı direktoru əlavə edib ki, hazırda internet mediası və rəqəmsal mühit mövcuddur. Dezinformasiyanın yayılmasında sosial şəbəkələr öz rolunu oynayır.

Dezinformasiyaya qarşı mübarizədə hüquqi mexanizmlərdən danışan Əhməd İsmayılov vurğulayıb ki, medianı həm də ictimaiyyət formalaşdırır.

Sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri İsmət Səftərov, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azad Azərbaycan Teleradio Yayım Şirkətinin sədri Azər Xəlilov, "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli medianın ictimai münasibətlərin formalaşdırılması, informasiyalı cəmiyyətin qurulmasında mühüm rol oynadığını diqqətə çatdırıblar. 

Qeyd olunub ki, media öz dövrünün güzgüsüdür və artıq cəmiyyət özü dezinformasiyanın yayıcısına çevrilib. Onlar dezinformasiyanın qarşısını almaq üçün beynəlxalq təcrübədən istifadə edilməsini və maarifləndirmənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, təməl prinsiplərə əməl olunmayanda cəmiyyətdə etimadsızlıq yaranır. Jurnalist müstəqil olmalıdır və feyk xəbər yazan media nümayəndələrinə qarşı tədbir görülməlidir. Dəyirmi masa müzakirələrlə davam edib.

OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Muzeylərdə “açıq qapı” aksiyası keçirilir – FOTOREPORTAJ

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabe...

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi Aİ - AZƏRBAYCAN biznes forumunda - FOTOLAR

Mayın 17 - də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sa...

Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırıldı - FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Sfera.az xəbər veri...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizə...

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...