Deputat: "Taleh Kazımov özəl sektordakı nailiyyətlərini Mərkəzi Bankda da davam etdirəcək"

Deputat:
"Bir az öncə "PAŞA Bank"ın Baş icraçı direktoru və İdarə heyətinin sədri Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında qərar layihəsini təsdiq etdik. Layihənin lehinə səs verdim. Hər şeydən öncə ona görə ki, "PAŞA Holdinq" və ona daxil şirkətlər Azərbaycan biznes mühitinə yeni korporativ mədəniyyət və yeni ruh gətirib".
 
Sfera.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov bildirib.
 
O, T.Kazımovun özəl sektordakı nailiyyətlərini Mərkəzi Bankda da uğurla davam etdirəcəyinə əminliyini vurğulayıb.
 
"Biznesin yalnız vergi öhdəliyi yox, həm də cəmiyyət qarşısındakı mənəvi sosial öhdəliyi ənənəsini biz, məhz "PAŞA Holdinq" sisteminə daxil olan şirkətlərin nümunəsində görmüşük. Elə son 2 ili götürsək, istər COVİD-19 pandemiyası ilə mübarizədə, istər müharibə dövründə "PAŞA Holdinq" və ora daxil şirkətlər sözün əsl mənasında malı ilə, pulu ilə, canı ilə milli həmrəylik nümunəsi göstərdi. Biz keçən həftə Şuşada olduq və orada gördük ki, məşhur Saatlı məscidi Holdinq tərəfindən təmənnasız olaraq təmir olunur. Əlbəttə, bu, ilk və son deyil. Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesində bu biznes strukturu vicdanla öz töhfələrini verməkdədir. Sevindirici haldır ki, bu gün artıq onlarla iri şirkət və holdinqlər məhz bu nümunə və dəyərləri mənimsəməklə ölkə biznes mühitində şəffaf, sağlam, vergi dostu bir ortam formalaşdırıblar ki, milli iqtisadiyyatın inkişafı üçün bu, ən vacib meyarlardan biridir.
 
Ötən dövr ərzində həm mərkəzi, həm də yerli icra orqanlarında həbslər göstərdi ki, ASAN xidmətin timsalında mükəmməl sistem qura bilsək də, çox təəssüf ki, dövlət idarəçiliyində arzu etdiyimiz, hədəflədiyimiz mühiti tam formalaşdıra bilməmişik. Aparılan kadr islahatları, atılan addımlar isə nümayiş etdirir ki, sağlam və şəffaf dövlət idarəçiliyi modelinin qurulması istiqamətində cənab İlham Əliyevin qətiyyətli və çox ciddi iradəsi mövcuddur. Bu mənada hesab edirəm ki, Taleh Kazımovun bugünkü təyinatı məhz müsbət, nəticə əsaslı təcrübənin dövlət idarəçiliyinə daşınması işinin vacib mərhələlərindən biridir.
Aydındır ki, müsbət təcrübənin tədricən dövlət idarəçiliyinə sirayət etməsi, əlbəttə, yalnız kadrlar hesabına mümkündür. Taleh Kazımovla eyni holdinqin fərqli biznes strukturlarında çalışmışıq. O, həmişə bacarıqlı menecer kimi seçilib və inanıram ki, özəl sektordakı naliyyətlərini Mərkəzi Bankda da uğurla davam etdirəcək", - deyə deputat vurğulayıb.
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

Sahibkarsınız? Biznesinizi daha rahat və sürətli böyüdə bilərsiniz!

Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir. Bu yazımızda Mikrokreditlə...

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biz...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...