Rafael Cəbrayılov: "Sapı özümüzdən olan baltalar..."

Rafael Cəbrayılov:
 
Son vaxtlar kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan xalqının təhqir edilməsi ilə bağlı məlumatlar gedir. Çox təəssüf ki, xalqı təhqir edənlərin içərisində cəmiyyət arasında kifayyət qədər nüfuz qazanmış ziyalılarda var. AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov və Masallı rayon sakini, jurnalist Mətləb Dadaşov adlı şəxs sosial şəbəkələrdə türk xalqını və Azərbaycanı təhqir edərək Ermənistan vətəndaşlığını qəbul etmək istədiyini bildirib.

Bununla bağlı big.az-a danışan deputat Rafael Cəbrayılov xalqı təhqir edənlərin özünün genetik keyfiyyatlərinə görə özü bir debil olduğunu, genetikasında erməni qanı olduğunu bildirib:

"Belə ki, özlərini alim adlandıran əslində isə alimi-biəməl bir neçə şəxsin azərbaycanlıların yarıdan çoxusunu "debil" olması və ermənilərə bənzəməsi ilə bağlı söylədikləri fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Bu Azərbaycan xalqının təhqir edilməsi deməkdir. Mənim heç də bu fikirləri təkzib etmək haqqında düşüncəm yoxdur.Bu insanların özünə cavab vermək istəyirəm. Qədim yunanların belə bir məşhur kəlamı var. "Danış səni tanıyım". Amma Həzrəti Əlinin ondan da yaxşı sözü var. "Hər kəs öz dilinin arxasında gizlənir". Cəmiyyətdə alim kimi tanınan bu iki insan işlədikləri ifadələrlə əslində özlərini tanıdıblar. Danışmaq və hər bir hərəkət mənəviyyatın təzahür formasıdır. Burda da həmin insanlar danışıqları ilə iç dünyalarını təzahür edib. Azərbaycan xalqının 70 faizini "debil" adlandıran özünün genetik keyfiyyatlərinə görə özü bir debildir. Azərbaycanlıları erməni adlandıran şəxsin genetik kodunda bəlkə də doğurdan da erməni qanı var. Ona görə də hər iki şəxs ilk öncə özünü tanıtdı".

Deputat vurğulayıb ki, hüquqi müstəvidə xalqın təhqir edilməsi ilə bağlı cinayət məsuliyyəti yoxdur: "Amma mülki müstəvidə bu məsələni həll etmək olar. Bunun üçün də məhkəməyə müraciət etmək lazımdır. Məhkəmədə hər hansı maddi təzminata və üzr istəməyə nail olmaq düşünmürəm ki, onların əməlinin cavabı ola bilər. Belə insanların cavabını toplum olaraq xalq özü verməlidir. Elə bilirsiniz biz yaxşı toplumuq. Biz birləşməyi bacarmırıq. Bu təkcə Azərbaycanlılara aid deyil. Napoleon Bonapartın yaxşı bir sözü var. Deyir dünya heç də pislərin sayının çox olmasına görə deyil, yaxşıların susmasına görə bu vəziyyətdədir. Dünyanın hər bir yerində yaxşılar birləşə bilmir. Harda pis varsa onlar bir-birini tapıb birləşirlər. Cəmiyyətdə toplum olaraq hər kəs öz hüquqlarını qoruyub saxlaya bilməlidir. Hər iki özünü alim adlandıran və cəmiyyətdə kifayyət qədər tanınanlar azərbaycanlıları təhqir edir. Amma heç kəs səsini çıxarmır. Sizcə bu toplum üçün müsbət haldır? Hər kəs susur. Elə bəlalarımızda burdan başlayır. Mən elə bilirdim ki, kimsə azərbaycanlıları "deblə" və ya erməniyə bənzətsə xalq ayağa qalxar. Amma heç kəs səsini çıxartmır. Bir iki ziyalılarımızdan başqa. Məncə onların cavabını xalq özü verməlidir".
Bundan əlavə deputat qeyd edib ki, bütün türkləri təhqir edən bu "ziyalı"özü erməni vətəndaşı olmaq istəyir. Təsəvür üdin erməni KİV-ləri necə həvəslə bu xəbəri yayacaqlar. Burada deyiblər sapı özümüzdən olan baltalar...".

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...