Deputat Aygünlə İlhamənin davasından danışdı

Deputat Aygünlə İlhamənin davasından danışdı
Azərbaycanın xalq artistləri İlhamə Quliyeva ilə Aygün Kazımova arasında 
"elan olunmamış müharibə" son günlər daha da da alovlanıb.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva modern.az-a açıqlamasında 
baş verənlərdən mədəniyyət adına təəssüfləndiyini deyərək, istənilən şəxsin işlətdiyi
 sözlərə diqqət etməsi gərəkdiyini vurğulayıb.

"Səhnədən cəmiyyətə çatdırılan informasiya - istər musiqi, istər dram əsəri, istər rəsm 
əsəri olsun, fərqi yoxdur, səhnə, sənət vasitəsilə verilən mesaj dəyərə çevrilir. 
Cəmiyyətin sevdiyi, populyarlıq qazanan, öndə gedən insanlarından söhbət gedirsə, 
bu insanlar davranışlarına, hərəkətlərinə, dillərindən çıxan sözlərə diqqət etməlidirlər. 
Əslində, bu, təkcə sənət adamına deyil, hamıya aiddir. Çünki bu insanlar üzərlərində 
bir yük daşıyırlar. Bu yük isə cəmiyyəti istiqamətləndirmək missiyasını özündə ehtiva edir. 
Ona görə də hesab edirəm ki, onların daha məsuliyyətli olmaları gərəkir. Etiraz, etika 
duyğuları da geniş mənada anlaşılsaydı, bu, ümumi işimizin xeyrinə olardı", - deyə deputat söyləyib.

Jalə Əliyeva "Mədəniyyət və Turizm Nazirliyinin bu hadisələrlə bağlı susqunluğunu necə 
qiymətləndirirsiniz?" sualına "Nazirliyin işini qiymətləndirəcək orqan mən deyiləm", - deyə cavablandırıb:

"Hesab edirəm ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda dövlət mədəniyyət siyasətinin 
həyata keçirilməsində kifayət qədər əhəmiyyətli rol oynayır. Bizim hər birimiz dövlətin idarəetməsində
 müəyyən qollarıq. İstər nazirlik, istər parlament üzərinə düşən vəzifəni kifayət qədər yerinə yetirir. 
Son məsələdə onların reaksiyasına gəldikdə isə, bu sualı ən azından mətbuat xidməti səviyyəsində
 onlara ünvanlamanız daha doğru olar. Yəqin ki, onlar da cavablandırarlar".

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...