Dayanmış qatarın altından keçərkən, qatar hərəkətə gəldi - Bakıda
13:00 / 13.02.2022
1312
Bakıda çağırışa gedən həkimin ayağı qatarın altında qalıb.
Sfera.az "Report"a istinadla bildirir ki, hadisə Qaradağ rayonunda, Səngəçal qəsəbəsində qeydə alınıb. Təcili Tibbi Yardım stansiyasının həkimi, 1971-ci il təvəllüdlü Quliyev Vuqar Bəyazəddin oğlu dayanmış vəziyyətdə dayanan qatarın altından keçərkən qatar hərəkətə başlayıb. Bu zaman həkimin ayağı qatarın altında qalaraq ağır xəsarət alıb.
V.Quliyev xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatı araşdırılır.