Davamçılar Oxçuçay üçün hərəkətə keçdilər – FOTOLAR

Davamçılar Oxçuçay üçün hərəkətə keçdilər – FOTOLAR
"Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Oxçuçay üçün hərəkətə keç” devizi altında "Beynəlxalq sosial mediada Oxçuçay mövzusunda kampaniyanın keçirilməsi” adlı layihə həyata keçirir.

Sfera.az xəbər verir ki, layihə Oxçuçayın Ermənistan tərəfindən davamlı çirkləndirilməsini və təxirəsalınmaz tədbirlərin görülməli olduğunu sosial media vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmağı hədəfləyir.

Layihənin ilkin mərhələsində sosial media platformalarında ictimai elan verildikdən sonra müraciət edən gənclərdən ibarət 30 nəfərlik qrupların formalaşdırılmasına başlanıb.

Daha sonra formalaşdırılan 10 qrupun hər birində təmsil olunan 30 gənc "Twitter” sosial media platformasından effektiv istifadə edilməsi və bu sahədə praktik bacarıqların artırılması ilə bağlı təlimlərə cəlb olunublar.

Baş tutan təlimlərdə həmçinin Oxçuçayda baş verən ekoloji böhran, mövcud kritik vəziyyət və çayın Ermənistan tərəfindən davamlı çirkləndirilməsinin fəsadları, o cümlədən bu ekoloji terrorun qarşısının alınmasının vacibliyi və "Twitter” vasitəsilə effektiv işıqlandırılmasının yolları barədə ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.

Təlimlərə paralel layihənin ikinci mərhələsinin icrasına başlanıb. Kampaniya çərçivəsində sosial mediada istifadə olunacaq post və kontentlərin generasiyası prosesinə start verilərək qısa müddətdə uğurla tamamlanıb. Oxçuçaydakı ekoloji balansın pozulması ilə bağlı laborator nəticələrin və xüsusi fotoşəkillərin əks olunduğu postlar yüksək peşəkarlıqla dizayn edilib və rus, ingilis dillərinə tərcümə olunub.

Kampaniyada kütləviliyin təmin edilməsi üçün "Oxçuçayda törədilən ekoloji terror ilə bağlı məlumatlandırıcı material” adlı Azərbaycan, rus və ingilis dillərində hazırlanan buklet çap olunub və Gənclər Hərəkatının struktur vahidləri, ali təhsil müəssisələri, Gənclər Evləri şəbəkəsində paylanıb.
 

OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Muzeylərdə “açıq qapı” aksiyası keçirilir – FOTOREPORTAJ

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabe...

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi Aİ - AZƏRBAYCAN biznes forumunda - FOTOLAR

Mayın 17 - də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sa...

Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırıldı - FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Sfera.az xəbər veri...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizə...

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...