Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı - FOTO

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı - FOTO
2021-ci ildən etibarən "Qırmızı Ürəklər” ("Red Hearts”) Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında "Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədini də daşıyır.

Sfera.az xəbər verir ki, bu dəfə ağacəkmə layihəsi PMD-nin dəstəyi ilə Sabirabad və Gəncədə, PAŞA Holdinq-in dəstəyi ilə isə Göygöl və Şəmkirdə həyata keçirildi. Sabirabadda 269, Gəncədə 598, Göygöldə 175, Şəmkirdə 312 ədəd olmaqla ümumilikdə 1354 ədəd sərv və tuya ağacı əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, qazilər,  PMD-nin, Kapital Bank-ın və "Qırmızı Ürəklər” Fondunun əməkdaşları iştirak etdi. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanının dəstəyi ilə keçirilib.

"Vətən Bağı” əsasən insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Bununla da ölkə ərazisində "Vətən Bağ”larının sayı 17-yə çatıb və ağacəkmə mövsümü zamanı davam etdiriləcək. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və "Qırmızı Ürəklər” Fondu tərəfindən həyata keçirilir. 

Qeyd edək ki, "Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. Ətraflı məlumat üçün – www.redhearts.az. 


 

OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Muzeylərdə “açıq qapı” aksiyası keçirilir – FOTOREPORTAJ

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabe...

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi Aİ - AZƏRBAYCAN biznes forumunda - FOTOLAR

Mayın 17 - də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sa...

Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırıldı - FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Sfera.az xəbər veri...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizə...

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...