"Cozef Baydenin Ukraynaya səfər edəcəyini düşünürəm" - Zelenski

"Fikrimcə, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya gələcək". "Report” xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.

"ABŞ liderinin səfəri təhlükəsizlik şəraitindən asılıdır. Bu, əlbəttə, onun qərarıdır. Amma hesab edirəm ki, o, Rusiyanın törətdiyi vəhşilikləri öz gözləri ilə görmək üçün Ukraynaya gələcək”, - V.Zelenski söyləyib.

O, həmçinin fransalı həmkarı Emmanuel Makronu Kiyevə dəvət edib: "Mən Rusiyanın törətdiyi vəhşilikləri şəxsən görmək üçün onu Ukraynaya dəvət edirəm. Bu səfər Fransa Prezidentinin Ukrayna xalqının soyqırımı ilə bağlı mövqeyini dəyişəcək”.

V.Zelenskinin fikrincə, E.Makron Rusiya ilə dialoq üçün bəzi addımlar atmaq istəyir.

Qeyd edək ki, aprelin 14-də C.Bayden Kiyevə gəlməyə hazır olduğunu bildirmişdi. Lakin sonradan Ağ ev ABŞ liderinin Ukraynaya səfərinin hələ planlaşdırılmadığını açıqlayıb.

Bir müddət əvvəl Fransa Prezidenti Ukraynada baş verənləri soyqırım kimi qiymətləndirsə də, sonradan bu fikirlərindən imtina etmişdi.
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...