COVİD-19-un beşinci dalğası? – Ekspert “mümkündür” deyir

COVİD-19-un beşinci dalğası? – Ekspert “mümkündür” deyir
Son günlər COVİD-19-un beşinci dalğası ilə bağlı dünya mediasında mütəmadi məlumatlar dərc olunur. Növbəti ildə bunun gözlənilən olduğu bildirilir və səbəb kimi də Yeni il bayramından irəli gələn şənliklər, yığıncaqlar və.s göstərilir.
 
Məsələn, ötən gün Almaniyanın səhiyyə naziri Karl Lauterbax beşinci dalğa ilə bağlı həyəcan təbili çalaraq, bunun baş verəcəyi halda mübarizənin çətin olacağını vurğulayıb.
 
Məsələ ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli növbəti dalğa ilə qarşılaşmaq ehtimalımızın real olduğunu deyib:
 
"Son həftələrdə sürətlə yayılmaqda olan "Omicron” variantının artıq qonşu ölkələrdə də artmaqda olduğu haqda məlumatlar gəlir. Bu da o deməkdir ki, yeni bir dalğa ilə üzləşə bilərik. Burada təsiredici digər ünsürlər də var. Məsələn, mövsüm, havaların soyuq keçməsi, Yeni il günləri ilə bağlı əhali arasında sıx təmaslar və.s”.
 
Müsahibimizin sözlərinə görə, neqativ xəbərlərlə yanaşı, pozitiv xəbərlər də var:

"Belə ki, xəstəliyin müalicəsində istifadə oluna biləcək, təsdiqlənmiş antiviral preparatlara yenisi əlavə olunub. Bunu ağız yolu ilə qəbul etmək mümkündür. Bu isə, pandemiya ilə mübarizədə çox önəmli addımdır. Eləcə də vaksinasiya davam edir, növbəti dozanın vaxtı çatmış şəxslər vaksinasiyada iştirak edir. Bu artıq təcrübə ilə sübut olunmuş bir yoldur ki, keyfiyyətli vaksinlə alınmış süni immunitet istənilən dalğada insanı xəstəliyin ağırlaşmasından qoruyur. Burada əsas diqqət olunmalı məqam vaksinin effektivliyidir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...