Corc Buşdan maraqlı jest: Konfeti xanımının əlindən alıb Mişel Obamaya verdi - VİDEO
16:28 / 03.09.2018
2514
ABŞ-ın sabiq prezidenti Corc Buş beyin xərçəngindən dünyasını dəyişən senator Con Mc Keyni üçün təşkil olunan vida mərasimində fotoqrafların obyektinə tuş gəlib.
Sfera.az-ın xarici mediaya istinadən xəbərinə görə, maraqlı bir məqam Corc Buşun hər addımını lentə alan jurnalistlərin diqqətini cəlb edib. Belə ki, mərasim davame dərkən Corc Buş həyat yoldaşından aldığı qənd parçasını ABŞ-ın öncəki prezidenti Barak Obamanın xanımı Mişel Obamaya verib.
Həmin anları əks etdirən görüntülər maraqla qarşılanıb.
Camal
Sfera.az