"Bundan sonra da karantin rejiminin uzadılması sosial-psixoloji problemlərə yol aça bilər"

 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin moderator.az-a müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, ölkədə vəziyyəti necə qiymətləndirərsiniz? İyulun 14-də gecə Ordumuza dəstək məqsədilə küçələrə axışan insanların qarşısına hökumət rəsmilərinin, deputatların, ziyalıların çıxmaması barədə deyilən tənqidi fikirlərə münasibətinizi bilmək istərdik.
  
- Hazırda cəmiyyətdə həm pandemiyadan, həm də Ermənistanın təcavüzündən qaynaqlanan gərginlik yaşanmaqdadır. İnsanlar həm karantin, həm də atəşkəs rejimindən yorulublar. Xalqımız işləmək, torpaqlarımızı azad etmək istəyir. Amma hər ikisindən imtina etməkdə ciddi problemlər var. Karantin rejimi epidemiyanın qarşısını almaq üçün tətbiq edilib və hazırda geniş yayılıb. Amma buna baxmayaraq, ümid edirəm iyulun 20 - dən sonra məcburi tibbi maska taxmaq şərtilə aradan qaldırıla bilər. Bundan sonra da karantin rejiminin uzadılması ölkəmiz üçün ağır nəticələr yarada biləcək sosial-psixoloji problemlərə yol aça bilər. Əminəm ki, 14 iyuldakı yürüş zamanı bəzi şəxslərin həddindən artıq emosional davranışı evə qapanmaqdan qaynaqlanırdı.
 Atəşkəs rejimindən imtina edib torpaqlarımızı işğaldan azad etmək  üçün isə ilk növbədə güclü peşəkar orduya sahib olmalıyıq. Elə bir orduya ki, ermənilərə kənardan yardım olunsa belə bu, qələbəmizi şübhə altına salmasın. Bunun üçün Orduda ciddi islahatlar aparılmalıdır. Zakir Həsənov, hazırda sosial şəbəkələrdə ironiyaya çevrilmiş belə bir fikir səsləndirmişdi  ki, "nə olardı ki, ermənilər hücuma keçərdi, onlarla İrəvanda görüşərdik." Amma ciddi insanlar başa düşürdülər ki, bu cür fikirlərin əsası yoxdur. Uzun illər ərzində Milli Məclisdə, mətbuatda dəfələrlə məsələ qaldırmışam ki, peşəkar ordu qurmalıyıq, müdafiə naziri inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi mülki şəxs olmalıdır. Adı uğursuzluq simvoluna çevrilmiş şəxslər, nəhayət ki, ordu rəhbərliyindən uzaqlaşdırılmalı, ordu rəhbərliyi milli kadrlarla gücləndirilməlidir. Bloklara qoşulmamaq doktrinası Qarabağın azadlığına töhfə vermədiyi üçün Azərbaycan Rusiya ilə Qarabağın azad olunması istiqamətində danışıqlar aparmalı və nətcəsindən asılı olaraq xarici siyasət kursuna və müdafiə doktrinasına yenidən baxmalıdır.
  
Danışıqlarla, diplomatik yolla biz Qarabağı azad edə bilmərik. Danışıqlar və diplomatiya bizə ona görə lazım idi ki, güclü iqtisadiyyat və ordu qurmaq üçün vaxt udaq, xarici dövlətlərlə işləyək ki, müharibə başlayanda onlar Ermənistana açıq və güclü dəstək verməsin.
 
Hal-hazırda mən də, xalqımızın böyük əksəriyyəti də görür ki, Prezident vəziyyəti dəyişmək üçün ciddi səy göstərir, kadr islahatları həyata keçirir. Ona güvənmək və onu dəstəkləmək lazımdır. İndiki dövrdə hökumət əleyhinə etiraz aksiyaları təşkil etmək və hakimiyyət dəyişikliyinə cəhd Azərbaycanı məhv edərdi. Hesab edirəm bunu sağlam düşüncəli insanların hamısı başa düşür.
 
14 iyulda aksiya iştirakçılarının qarşısına ziyalıların və rəsmilərin çıxmaması məsələsinə gəldikdə bunun heç bir əsası yoxdur. Həmin gecə həm Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, həm Müdafiə Nazirinin müavini aksiya iştirakçılarının arasına gəlmişdi. Amma aksiya əvvəldən mitinq kimi təşkil olunmadığı, səsgücləndiricilər quraşdırılmadığı üçün onların səsini neçə adam eşidə bilərdi? Ali Baş Komandan cəbhədə döyüşlər getdiyi bir vaxtda, gecə vaxtı, ciddi mühafizəni təmin etməyin mümkün olmadığı bir şəraitdə, təxribatçıların ola biləcəyi proqnozlaşdırıldığı halda necə kütlənin arasına gələ bilərdi? Hansı ağıla bu cür fikirlər səsləndirirlər. Bu cür təxribatçı fikirlər hakimiyyət nümayəndələrini və ziyalıları xalqın gözündən salmaqla cəmiyyətdə boşluq yaradıb onu xaosa sürükləmək məqsədilə səsləndirilir.
  
- Qüdrət bəy, Məmmədyarovun təslimçi sülh sazişinə imza atmaması səbəbindən vəzifəsindən uzaqlaşdırılması barədə iddialara münasibətinizi də bilmək istərdik.
 
- Bu münasibət bildirməyə belə layiq olmayan iddiadır. Çətin bir tarixi şəraitdə əhalisinin 75% ermənilər olan İrəvanın ermənilərə paytaxt kimi güzəştə gedilməsini xalqımıza qarşı xəyanət kimi qiymətləndirən Prezidentin təslimçi sülhə imza atacağını yalnız qərəzdən sağlam düşünmək imkanını itirmiş adamlar fikirləşə bilər. Prezident dəfələrlə vurğulayıb ki,Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik, Azərbaycanın 1kv.m torpağı belə düşmənə güzəştə gedilməyəcək.

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...