Bu tarixdə Bakıya qar yağacaq - XƏBƏRDARLIQ

Bu tarixdə Bakıya qar yağacaq -  XƏBƏRDARLIQ
Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Paytaxt və rayonlara qar yağacaq.

Sfera.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah ölkə ərazisində mülayim və sabit hava şəraiti müşahidə olunacaq.

Rusiya ərazisindən cənuba doğru soyuq hava kütlələlərinin daxil olması ilə yanvarın 13-dən etibarən havanın temperaturu kəskin enəcək.

Milli Hidrometerologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev "Xəzər Xəbər"ə deyib ki, həmin gün axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, Aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. O, Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitini də açıqlayıb.

Havanın soyuması və güclü küləklə yanaşı yanvarın 16-dək atmosfer təzyiqinin təzadlı qalxıb-enməsi gözlənilir. Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur.
 


OXŞAR XƏBƏRLƏR

Yoluxanların bu günə olan statistikası AÇIQLANDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 3 851 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər...

Ermənilər Tovuzu atəşə tutdu - Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqe...

Martda 13 gün iş olmayacaq

Mart ayında iki bayramın olması istirahət günlərinin sayını artırır. Sfera.az xəbər verir ki, ayın ilk bayramı 8 Mart - Beynəlxalq Qadınlar Gününə düşür. ...

Son sutkada neçə nəfər yoluxub?

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2749 yeni yoluxma faktı qeydə alınıb, 3971 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...

Sabahdan COVID pasportu ilə bağlı bu qadağalar tətbiq ediləcək - SİYAHI

Fevralın 15-dən etibarən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmi...

Nəcməddin Sadıkovun adı bu dəfə generalın qətlində hallandı

2009-cu il fevralın 11-də Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri  və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, o dövrdə müdafiə nazirinin müavini ola...