Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO

Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Avqustun 1-dən etibarən xarici dövlətlərin baza modeli əsasında istehsal edilmiş və texniki baxışdan keçməyən avtomobillərin sürücülərinin cərimələnməsinə başlanılacaq.

Vaxtın azlığına baxmayaraq Zabratda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzinə müraciət edən sürücülərin sayı çox azdır.

Sfera.az bildirir ki, müayinə mərkəzindən '' Xəzər Xəbər'' ə verilən məlumata görə, müddətin bitməsinə 11 gün qalsa da ölkə üzrə müayindən keçməli avtomobillərin cəmi 16 % - i yoxlanışdan keçib. Elə biz də çəkiliş zamanı müayinə mərkəzinə gələn avtomobillərin sayının çox az olduğuna şahid olduq.

Müayinə mərkəzindən bildirilir ki, ən çox avtomobillərin işıq cihazlarında nasazlıq aşkarlanır. Ümumiyyətlə, müayinəyə vaxtında müraciət edən sürücünün aşkarlanan nasazlığı təmir etdirib yenidən müraciət etmək imkanı olur. Müayinəni son günə saxladıqda isə sürücülər uzun növbə gözləməli olurlar.

Əgər sürücülər bu müddət ərzində yoxlanışdan keçməzsə, 50 manat miqdarında cərimə olunacaq.
 



OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul qaydaları açıqlandı - VİDEO

Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb. Nazirlikdən Sfera.az-a bildirilib ...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Sfera.az  icmalı təqdim edir.   ...

Bakıdakı Xocalı yürüşündən - VİDEO

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında taktiki təlim keçirildi - VİDEO

"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində "Dövlət sərhədində silahlı basqınların dəf edilməsi və sərhəd axtarışının aparılması” mövzusunda tak...

Azərbaycan Ordusuna komandoların qəbulu elan edildi - VİDEO

Azərbaycan Ordusunun əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başla...

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanıldı - VİDEO

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yeri...