“Bu raketləri ilk dəfə Qarabağda sınaqdan keçirdik” - VİDEO

“Bu raketləri ilk dəfə Qarabağda sınaqdan keçirdik” - VİDEO
Türkiyənin aparıcı hərbi sənaye şirkəti olan "Roketsan” lazerlə hədəfə yönləndirilən TRLG-230 raketinin ilk dəfə ötən ilin payızında Qarabağdakı müharibə zamanı sınaqdan keçirildiyini açıqlayıb. 

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə İstanbulda sabah işə başlayacaq IDEF-2021 hərbi sənaye sərgisi ərəfəsində keçirdiyi brifinqdə "Roketsan” şirkətinin direktoru Murat İkinci  bildirib.

O, deyib ki, IDEF-2021 sərgisində "Roketsan” şirkəti 9 məhsulunu ilk dəfə nümayiş etdirəcək. "Türkiyə hərbi sənayesinin meydan oxuyacağı bu sərgidə "Roketsan” da öz silah sistemləri ilə diqqət mərkəzində olacaq”,-İkinci deyib.

Murat İkinci "Roketsan”ın işləyib hazırladığı TRLG-230 raketi ilə bağlı məlumat verib. "Qarabağ savaşı zamanı yaşamış olduğumuz sıxıntılar zamanı inkişaf etdirdiyimiz bir raketimiz var. Məlum olduğu kimi, 230 millimetrlik raketlərimizin hədəfə yönləndirmə sistemləri GPS və koordinatlardan asılı idi. Bunları lazerlə yönləndiriləcək hala gətirdik və çox uğurlu şəkildə ilk dəfə Azərbaycan ordusu tərəfindən Qarabağ savaşında tətbiq edildi”,-o bildirib.

"Roketsan”ın 230 mm-lik TRLG-230 raketi 20-70 kilometr mənzillidir və lazer tuşlama sisteminə malik olduqdan sonra onları hədəfə pilotsuz təyyarələr vasitəsilə yönləndirmək mümkündür. Belə ki, müharibə zamanı Azərbaycana ixrac edilən TRLG-230 raketləri "Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbə endirməyə imkan verib.

Xatırladaq ki, TRLG-230 raketlərinin Qarabağ müharibəsində tətbiqi ilk dəfə Azərbaycan Müdafiə Nazirliyinin həmin günlərdə yaydığı videogörüntülərlə ortaya çıxmışdı. Kadrlardan görünürdü ki, TRLG-230 raketləri reaktiv yaylım atəşi sistemindən buraxıldıqdan sonra eyni vaxtda müxtəlif hədəflərə dəqiq zərbələr endirir.

OXŞAR XƏBƏRLƏR

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...

Son günlərin ən populyar tətbiqini yükləyənlərə xəbərdarlıq: Rusiya şəxsi məlumatlarınızı ələ keçirir

Rusiyadan qaynaqlanan və çox ciddi nəticələrə səbəb ola biləcək haker fəaliyyətləri gündəmdən düşmür.   Sfera.az bildirir ki, mütəxəssislər bu dəfə "NewP...

Tvitter bu şəxslər üçün pullu olacaq – Mask açıqladı

Tvitter biznes və dövlət səhifələri üçün pulla ola bilər. Sfera.az xəbər verir ki, Tvitteri 44 milyard dollara alan Tesla rəhbəri İlon Mask sosial medi...

"Twitter"də hansı dəyişikliklər olacaq? – İlon Mask AÇIQLADI

"Twitter”i 44 milyard dollara alan İlon Mask bu sosial media platforması barədə düşüncələrini açıqlayıb.   Sfera.az "Euronews”a istinadən xəbər verir ki,...

İlon Mask "Twitter"i aldı

Amerikalı milyarder, "SpaceX” və "Tesla” şirkətlərinin qurucusu İlon Mask tviter sosial şəbəkəsini alıb.   Sfera.az xarici mətbuata istinadən xəb...

Sosial şəbəkələrlə bağlı yeni qanun imzalanacaq – SƏRT QAYDALAR GƏTİRİLƏCƏK

Avropa İttifaqı (Aİ) qurumları "Facebook”, "YouTube” və "Twitter” kimi rəqəmsal platformaların məzmununu istifadəçilər üçün daha təhlükəsiz edəcək qanun üzərind...