Bu il yol qəzalarında 638 nəfər ölüb

Bu il yol qəzalarında 638 nəfər ölüb
Azərbaycanda bu ilin 10 ayında baş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 2016-ci ilin 10 ayı ərzində respublika ərazisində 1677 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 638 nəfər ölüb, 1721 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 169 fakt (9,2%), həlak olanların sayı 103 nəfər (13,9%), xəsarət alanların sayı 184 nəfər (9,7%) azalıb.

Respublika üzrə qeydə alının yol qəzalarının 561-i Bakı şəhəri ərazisində baş verib. Nəticədə 158 nəfər ölüb, 579 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və xəsarət alanların sayı müvafiq olaraq 107 fakt (16%), 37 nəfər (19%) və 139 nəfər (19,4 %) azalıb.
 
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,9%-i (654 hadisə, 250 ölüm, 708 xəsarət alan) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,2%-i (390 hadisə, 179 ölüm, 340 xəsarət alan) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,9%-i (217 hadisə, 49 ölüm, 256 xəsarət alan) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (33 hadisə, 15 ölüm, 31 xəsarət alan) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.


OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...