Bu gün Gənclər və İdman naziri Fərid Qayıbovun doğum günüdür

Bu gün Gənclər və İdman naziri Fərid Qayıbovun doğum günüdür
Bu gün Gənclər və İdman naziri Fərid Qayıbovun doğum günüdür.

 
Sfera.az bildirir ki, nazir kimi fəaliyyət göstərdiyi qısa zaman ərzində uğurlu işlərə imza atan, sektordakı çətinliklər, problemlərlə mütəmadi olaraq, həm də birbaşa maraqlanan, aktivliyi ilə seçilən Qayıbov 24 aprel 1979-cu ildə Bakıda anadan olub. Nazir təyin olunanadək Avropa Gimnastika İttifaqının prezidenti (2017) və Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifələrini tutub. O, 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir.

Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib. 2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib. 2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub. Proqram Beynəlxalq Olimpiya Komitəsi, "Olimpiya Həmrəyliyi” və Avropa Olimpiya Komitələri tərəfindən dəstəklənir. 2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyib. 2001-2003-cü illərdə ARDNŞ-nin "Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb. 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib.

Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku (2003/04/05-ci illərdə) və 27-ci Dünya Çempionatının (2005) Yerli Təşkilat Komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun (2007-ci il) təşkilində fəal iştirak edib. 2005-сi ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışıb. 2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın baş katibi seçilib. 2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini daşıb. 2013-cü ildən Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür. Evlidir, iki oğlu, bir qızı var. O, 2021-ci ilin sentyabr ayında ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunub.

Bu təyinatdan az zaman keçməsinə baxmayaraq Qayıbov bəlkə də adı gördüyü işlərlə mətbuatda tez-tez hallanan, aktivliyi ilə seçilən nazirlərdən ən birincisidir. Gənc nazir mütəmadi olaraq, bölgələrə səfər edir, ölkədə fəaliyyət göstərən federasiyalardan tutmuş idman obyektlərinə qədər ziyarət edir, idmançıların dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda iştirakı və nəticələri barədə təqdimatlarda yer alır, müxtəlif idman növlərinin inkişafı istiqamətində müzakirələr aparır. Sfera.az saytı olaraq, Gənclər və İdman naziri Fərid Qayıbovu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!

 
Türkan 

OXŞAR XƏBƏRLƏR