Bu gün dolların taleyinə aydınlıq gətiriləcək – EKSPERTLƏR

Bu gün dolların taleyinə aydınlıq gətiriləcək – EKSPERTLƏR

Federal Ehtiyatlar Sisteminin (FED) qərarları bütün hallarda bazara təsir edir. Çünki nəzərə alsaq ki, söhbət dünya ehtiyatlarının 62%-nin saxlandığı valyutaya nəzarət edən bir qurumun qərarından gedir, bu halda bu qərar təkcə ABŞ üçün deyil, eyni zamanda dünya üçün vacibdir. 

Bu barədə Oxu.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib. 

"Avropa Mərkəzi Bankının qərarından sonra, FED-in uçot faiz dərəcəsinin artırılıb, artırılmaması ilə bağlı məsələ gündəmə gəlib. 

Nəzərə alsaq ki, Avropa Mərkəzi Bankının uçot faiz dərəcəsinin azaldılması və dövriyyəyə əlavə olaraq 20 milyard avronun investisiya edilməsi ilə bağlı qərar qəbul edib. Bu qərar da FED-in bu gün qəbul edəcəyi yekun nəticəyə təsir edəcək.

Sözsüz, burda ən çox müzakirə olunan məqam uçot faiz dərəcəsinin sabit qalması və ya uçot faiz dərəcəsinin artırılması ilə bağlıdır. 

Hələlik hansı qərarın qəbul ediləcəyi bəlli deyil. Baxmayaraq ki, beynəlxalq ekspertlər, Avropa Mərkəzi Bankının qərarından sonra, güman edirlər ki, FED uçot faiz dərəcəsini olduğu kimi saxlamağa çalışacaq. Amma sözsüz, hansı qərarın qəbul ediləcəyini proqnozlaşdırmaq çətindir, bütün hallarda FED-in qəbul edəcəyi qərar məxfidir”, - deyə iqtisadçı qeyd edib. 

O həmçinin qeyd edib ki, bu qərar manatın məzənnəsinə təsir edəcək, amma bütün hallarda manatın məzənnəsi AMB-nin siyasətindən asılı olacaq:

"Əgər FED uçot faiz dərəcəsini saxlayacaqsa, bu zaman, təbii ki, dollar və avro məzənnəsindəki mövcud kursun qorunub saxlanmasına gətirib çıxaracaq.

Nəzərə alsaq ki, dolların məzənnəsi son bir ayda digər aparıcı valyutalar, eləcə də Rusiya rublu da daxil olmaqla aşağı düşüb. Çin valyutası da son bir ayda dollara nisbətdə möhkəmlənib. Belə bir qərar prosesin belə davam etməsinə və stabilləşməsinə səbəb olacaq. 

Amma FED uçot faiz dərəcinin artırılması ilə bağlı qərar qəbul edəcəksə, onda, sözsüz, dolların möhkəmlənməsi gözlənilir. Odur ki, bu digər valyutalara təzyiqin artmasına səbəb olacaq. 

Eyni zamanda, bu qızıl bazarına da təsir edəcək.

Adətən dollar möhkəmlənəndə dünya bazarında qızıla tələbin azalması müşahidə edilir, bu da təbii ki, qiymətlərə təsir edir. FED-in sonuncu qərarı da göstərdi ki, qərarın bazara psixoloji təsirləri var. 

Çünki dollar möhkəmləndikcə, milli valyutalara təzyiq artır, təbii ki, manat da istisna deyil. Amma uçot faiz dərəcəsi sabit saxlanılarsa, bu mövcud dolların dünya bazarındakı mövqeyinə təsir edəcək. Manatın bu halda dollara nibsətən məzənnəsi daha çox AMB-nin siyasətindən asılı olacaq”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, FED bütün hallarda məhz hansısa bir ölkələrin və xammalın bazarında olan qiymətini tənzimləmək yönümündə siyasət aparmır:

"Yanvar ayında FED uçot faiz dərəsinin stabil saxlamışdı. O zaman gözləyirdilər ki, FED uçot faiz dərəsində dəyişiklik edəcəksə, ABŞ iqtisadiyyatı inkişaf edəcək bu isə dünya bazarında neftin qiymətlərinin artmasına gətirib çıxaracaq.

Və artıma doğru addım atacaqdırsa, onda xammalın qiymətində azalma müşahidə ediləcəkdi. Çünki dekabrda atılan addım məhz bu yöndə bazara təsir etmişdi.

Dekabrdan sonra, neftin qiymətində kəskin ucuzlaşma olmuşdu. Yanvar ayında neftin qiyməti 27 dollara qədər ucuzlaşmanı əks etdirmişdi. Orta qiymət isə 30 dollar olmuşdu.

Bu gün çox güman ki, FED uçot faiz dərəcəsini artırmayacaq. Bütün hallarda isə qərar dünyadakı iqtisaid-maliyyə şəraitindən, ABŞ-ın digər ölkələr ilə olan ticarət əlaqələrinin səviyyəsindən asılı olaraq qəbul ediləcək.

Amma bununla belə düşünürəm ki, FED məhz hansısa bir ölkələrin və xammalın bazarında olan qiymətini tənzimləmək yönümündə siyasət aparmır. Bu, kiçik bir seqmentə hesablanmış bir siyasət deyil”.

İ. Şaban onu da qeyd edib ki, bu gün neftin qiymətində müşahidə edilən azalma dünya bzarında təklifin çox olması ilə bağlıdır

"Ən əsas məsələ ondan ibarətdir ki, neft bazarında olan neft qiymətlərinə təsir edən amil hələki bazarda təklif tələbi üstələyir. Bazarda böyük həcmdə neft var. Bu da neftin qiymətlərinin ədalətli deyilən dəhlizə çatmasına imkan vermir”.

Mütəxəssis onu da qeyd edib ki, bu gün Moskvadan OPEK və qeyri OPEK ölkələrinin hasilatı azaldılması ilı bağlı toplantının yeri və zamanı barəsində ziddiyətli xəbərlər gəlir, bu isə artıq bazarda qeyri-ciddi qarşılanır:

"Bir neçə gün öncə, mart ayında neftin qiymətləri 40 dollardan yuxarı bir səviyyədə çatdı, ondan sonra aşağı nenməyə başladı. Bu isə OPEK və qeyri OPEK ölkələri iştirakçılaraının neft hasiltaının dondurulması ilə bağlı, daha doğrusu özlərinin neft hasilatını artırmayacaqlaır ilə bağlı bəyanata təpki verməsi olmuşdu.

Bunu daha çox hallandırılması və bununla bağlı görüşlər keçirilməsi onu dəstəklənməsi ilə bağlı verdikləri vədlər qiymətləri artırmışdı.

İndi isə maraqlıdır ki, bu görüşlərin yeri və məkanı haqqında Moskvadan ziyyətli xəbərlər gəlir, ona görə də hazırda bazarlar buna bir qədər qeyri-ciddi yanaşırlar.

Ona görə də qiymətlər enməyə başlayıb.

ABŞ-da neft hasilatının ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% azalması ilə bağlı hesabat ortaya çıxıb. Bu da bazara təsirsiz ötüşməyib”.

Qeyd edək ki, bu gün dolların taleyinə aydınlıq gətiriləcək. FED uçot faiz dərəcəsinin artırılıb, artırılmayacağı ilə bağlı qərar qəbul edəcək. Analtiklər isə hesab edir ki, FED uçot faiz dərəcəsini dəyişməyəcək.

Hər halda bütün dünya bu gün açıqlanacaq qərarı gözləyəcək.  


OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...