Britaniya Ukraynaya səsdən sürətli raketlər verəcək

Britaniya Ukraynaya səsdən sürətli raketlər verəcək
Böyük Britaniya bir neçə həftədən sonra Ukraynanı yüksək texnologiyalı raketlərlə təmin edə biləcək.

Sfera.az-ın məlumatına görə, bunu Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi bəyan edib.


O bildirib ki, Ukrayna son vaxtlar yerüstü hədəfləri məhv etmək üçün uzaqmənzilli operativ-taktiki raketlərin tədarükü üçün müraciət edib və Böyük Britaniya hökuməti bununla bağlı "Brimstone” raketlərinin tədarükü məsələsini öyrənirdi:


"Müdafiə nazirinin bu ehtimalı təsdiqləmək üçün parlamentə bəyanatla qayıtmasını gözləyirdik. Lakin texnikilərimizin işləmə sürəti ilə mən parlamentə bir neçə həftə ərzində "Brimstone” raketləri Ukraynaya təqdim edə biləcəyimizi bildirməkdən məmnunam”.


Qeyd edək ki, 49 kiloqramlıq "hava-yer” tipli İngilis mərmisi "Brimstone” ikili izləmə sisteminə malikdir. Həm lazer, həm də radarla idarə olunur. Bir raketin qiyməti 175 000 funt sterlinqdir (263 000 ABŞ dolları).


Təkmilləşdirilmiş sistem raketin 100 km/saatdan çox sürətlə hərəkət edən hədəfləri vurmağa imkan verir. Müasir zireh növləri və hava hücumundan müdafiə vasitələri səsdən sürətli raketin qarşısında acizdir. (Report)




 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...