Britaniya mətbuatında şok iddia - "Kadırovçular" yaralı rus əsgərlərini öldürürlər

Britaniya mətbuatında şok iddia -
Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramzan Kadırovun əsgərləri ilə bağlı yeni iddia səsləndirilib.

Sfera.az xəbər verir ki, iBöyük Britaniyada çıxan "Daily Beast” qəzetininə danışan şahidlər, bir qrup çeçen əsgərin Buçanın şimal-qərbindəki səhra xəstəxanasında rus əsgərlərini edam etdiyini iddia edib.

Rusiya müharibəsində də "təbliğat vasitəsi” kimi istifadə edilən çeçen əsgərlərin Yablonska küçəsində yerləşən şüşə zavodunda yoldaşlarını öldürərək "işgəncə otağı” qurduqları iddia edilib.

Qonşu İrpin şəhərinin şəhər şurasının üzvü, eyni zamanda Ukrayna Ərazi Müdafiə Qüvvələrinin komandirinin müavini vəzifəsində çalışmış Artem Hurin Putin qoşunlarının ötən ay Ukraynadan çıxarılmasından sonra Buçanın şimal-qərbindəki Borodyankaya ilk səfər edənlərdən biri olub.

O, bildirib ki, "kadırovçular” ağır yaralı rus əsgərlərini oradakı böyük bir xəstəxanaya gətirirlər:

"Burada çox ağır yaralananları güllələyirlər. Bunu Kadırovun qoşunlarından başqa heç kim etmir”.

Xəbərə görə, Hurin həmçinin Kadırovun əsgərlərinin qəsəbə sakinlərini edam etdiyini də iddia edib.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...