Böyük Britaniya ilə Rusiya müharibəyə başlayır? - 8 min əsgər göndərildi

Böyük Britaniya ilə Rusiya müharibəyə başlayır? - 8 min əsgər göndərildi
Rusiya ilə Böyük Britaniya arasında son günlər gərginlik durmadan artır. Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppinin Ukraynanın Britaniya silahlarından istifadə edərək Rusiya ərazisinə hücum etməsinin "qanuni” olduğunu deməsi, bunu daha da alovlandırıb.
 
Sfera.az bildirir ki, bu dəfə İngiltərənin "Daily Mail” qəzeti, "Putinə meydan oxuyuruq” başlıqlı yazı dərc edib. Qəzetin xəbərində London rəhbərliyinin Soyuq Müharibədən sonra Şərqi Avropada ən böyük quruculuğa başladığı bildirilib. Qeyd olunub ki,  Britaniya təlimlər üçün NATO-nun şərq cinahına daha 8 min əsgər göndərəcək. 

Rusiyaya təhdid kimi dəyəerlənbdirilən təlimdə ingilis tankları və vertolyotları da səhnəyə çıxacaq.

Qeyd edək ki, yay aylarında minlərlə NATO əsgəri Finlandiyadan Şimali Makedoniyaya qədər uzanacaq bir sıra təlimlərdə Britaniya hərbçilərinə qatılacaq. Artıq ingiltərəli əsgərlər Rusiya ilə 1300 kilometr sərhədi olan Finlandiyadakı təlimə göndərilib. Finlandiyanın isə gələn ay NATO-ya üzv olmaq barədə qərar verəcəyi gözlənilir.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Boş yerə yorulmasınlar, cavabımız bəllidir" - Ərdoğandan sərt AÇIQLAMA

"Müttəfiqlərimizin həssaslığımızı anlamalarını, hörmət etmələrini və dəstəkləmələrini gözləyirik. Sərhədlərimizi terrora qarşı qorumaq kimi öhdəliyimiz var”. &...

Türkiyənin “veto qərarı” Qərbi ŞOKA SALDI: Finlandiya ilə İsveç hansı addımı atacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı son açıqlaması dünya mediasında gündəm olub.   Sfera.az bildirir ki, Amerikanın "Wa...

NATO-dan Ərdoğanın çıxışına reaksiya: "Türkiyənin narahatlığı aradan qaldırılmalıdır"

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı açıqlamasına reaksiya verib.   Sfera.az bildir...

Finlandiya NATO-ya rəsmi müraciət edir – “Avropanın xəritəsi dəyişəcək…”

Finlandiya rəsmi şəkildə NATO-ya müraciət edəcək.     Sfera.az xəbər verir ki, üzvlük qərarı bu ölkənin onilliklər boyu davam edən hərbi neytrallı...

Makronun Aİ-yə alternativ olaraq təklif etdiyi siyasi icmanın vədləri: ASB-yə üzv olmağa dəyərmi?

Makronun Aİ-yə daxil olmayan ölkələr üçün təklif etdiyi Avropa Siyasi Birliyi (ASB) geniş müzakirə mövzusuna çevrilib.   Sfera.az bildirir ki, Avropa coğ...

Baydenin Türkiyə ilə bağlı planı dəyişdi - Gözlənilməz tələb

Bayden adminstrasiyası Konqresdən Türkiyəyə yeni silahların satışını nəzərdə tutan sənədə icazə verilməsini tələb edib.   Sfera.az xarici mətbuata istina...