BMT Mariupolda hərbi əməliyyatları dayandırmağa çağırdı
20:16 / 24.04.2022
1761
BMT-nin Ukrayna üzrə koordinatoru Amin Avad dinc əhalinin evakuasiyası üçün Mariupolda hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, A.Avad Mariupolda qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, on minlərlə insanın qaldığını bildirib.