Birbank ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarıldı

Birbank ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarıldı
2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir. Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır.

Sfera.az xəbər verir ki, bu layihənin təqdim edilməsindən 2 il keçməsinə baxmayaraq artıq əhaliyə 200 milyon manat vəsait geri qaytarılıb ki, bu göstəricinin 125 milyonu manatı Birbank istifadəçilərinin payına düşür. Bundan başqa 2 il ərzində qaytarılan çek sayı 500 milyon olub ki, bu göstəricinin də 350 milyonu Birbank vasitəsilə həyata keçirilib. 

Məlumat üçün bildirək ki, əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı Kapital Bank və Birbank oldu. İstifadənin daha rahat olması üçün Birbank-ın "Bonuslar” hissəsində "ƏDV geri al” bölməsi yaradıldı. Bununla da Birbank-ın QR xidmətindən istifadə edərək, çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkündür. 

Bundan başqa virtual "pul qabı”na yerləşdirilən vəsaiti Birbank vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də Birbank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir. 

Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində https://edvgerial.kapitalbank.az/ portalına və ya Birbank-a müraciət etməlidir. Çekin 12 simvollu fiskal İD-sini elektron kabinet və ya Birbank-ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər. Həmçinin BirKart ƏDV kartı ilə müştərilər əməliyyat apararkən 2 qat ƏDV bonusu qazanırlar. Bunun üçün yeni kartı Birbank-da qeydiyyat etmək və nağdsız ödənişlər həyata keçirmək kifayətdir.


 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...