Bəzi insanların niyə koronavirusa yoluxmadığı bəlli oldu - Alimlərdən yeni kəşf

Bəzi insanların niyə koronavirusa yoluxmadığı bəlli oldu - Alimlərdən yeni kəşf
COVİD-19-un yoluxmasını əngəlləyən yeni gen kəşf edilib.
 
Sfera.az bildirir ki, İsveçin nüfuzlu qurumlarından biri olan Karolinska İnstitutunda çalışan alimlər bu istiqamətdə araşdırma aparıblar. Mütəxəssislər anadangəlmə immuniteti olan insanlarda yeni gen aşkarlayıblar. Onlar bu genin əcdadları Afrikadan gələn hər 10 nəfərdən 8-də olduğunu açıqlayıblar.

Eyni zamanda qeyd olunub ki, genin olduğu şəxslər COVİD-19 xəstəliyini daha yüngül keçirirlər. "Bu gen virusa qarşı dərmanların inkişafı üçün önəmli detaldır. Hər üç avropalıdan birində də bu genə rast gəlmək olar”, - deyə əlavə edilib.

Araşdırmanın rəhbərlərindən biri olan Brent Riçard isə  "COVİD-19-a qarşı yeni dərmanlar hazırladıqca, genetik risk faktorlarını dərk etməyə başlayırıq”, - deyə bildirib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Covid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir. Sfera.az xəbər verir ki, bunu Çin-yapon bir...

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.   Sfera.az xəbər verir...

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı ...

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.   Sfera.az xəbər verir ki, b...

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Kimlərə səhər yumurta yemək olmaz? - Endokrinoloqdan açıqlama

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur. Sfera.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəliklə...