“Beynimin qanlı vaxtı idi” – Borca görə söyüş söyən şəxs həbs edildi - VİDEO

“Beynimin qanlı vaxtı idi” – Borca görə söyüş söyən şəxs həbs edildi - VİDEO
ARB TV-nin "Rezonans” verilişində bu dəfə məhbus Anar Məmmədovun həbsxana hekayələrindən bəhs olunub:

Anar Məmmədov (cəzası 6 il): "Orta təhsilliyəm. Öz şəxsi maşınımla taksi kimi çalışmışam. Ailəliyəm, 3 övladım var. Öz səhvimin ucbatından 2015-ci ildə həbs olundum. 3 ildir ki, həbsdəyəm, 3 ilim də qalıb. Hədə-qorxu ilə pul tələb etdim. Ona görə də 182.2-ci maddə ilə cinayət işi açıldı. Bir nəfər var idi, pul götürmüşdü və qaytarmaq lazım idi. İstəyirdim pulu vermirdi. Vermədiyi üçün də mən çox zəng edirdim amma telefonlarımı açmırdı. İnsanıq da beynimin qanlı vaxtı idi, cavan idim. Mən də ağzıma gələn mesajı yazırdım. Qapısına getdim və elə buna görə də hədə-qorxu gəldiyim üçün həbs olundum. Günü-günə satırdı amma pulu vermirdi. Hətta getdi dedi ki, o mənə pul verib amma həd-qorxu ilə məndən pul tələb edir. Mənim də yanımda adamım yox idi ki, şahidlik etsin. 2500 manat pul idi və pul bir ilə kimi qaldı. Bu gün, sabah deyə-deyə vermirdi pulu, ala bilmirdim. Sonra başladı evimə filan zəng etdi, başqa yollara əl atmaq istəyirdi. Mən də özünü axtarıb tapa bilmədiyim üçün evinə getdim və o məndən şikayətçi oldu. Sonra da gəldim istintaqa həbs olundum. Mən güvənib verdim o pulu həmin şəxsə amma ağlıma da gəlməzdi ki, belə bir şey olsun”.



OXŞAR XƏBƏRLƏR

Bakıda gecə klubunda partlayışdan sonra DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Sfe...

Bakıda qumbaralar aşkarlanıb - VİDEO

Bakıda qumbaralar aşkarlanıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "1...

Ötən sutka 52 yanğına çıxış olub - VİDEO

Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən 52 yanğına çıxış, 2 kömək...

Bakı şəhər İcra Hakimiyyətinin qarşısında maşın aşdı - VİDEO

Bakı şəhəri, Səbail rayonu ərazisində ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki hadisə şahidlərinin baku.ws-in "qaynar xətti”nə verdikləri məluma...

Zığ şosesində zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari avtomobil qəzası baş verib. Sfera.az  xəbər verir ki, hadisə Zığ şosesində qeydə alınıb. Qəza baş verən yerdən görüntüləri tə...

Zaurun verilişində qayınana gəlinin saçından tutub sürüdü - VİDEO

ATV kanalında yayımlanan "Bizimləsən” verilişində qalmaqal baş verib. Sfera.az xəbər verir ki, Zaur Baxşəliyevin proqramında iştirak edən gəlinlə qayınana...