Bəhram Bağırzadə bir vaxtlar eyni səhnəyə çıxdığı Zelenskidən DANIŞDI: "Ən böyük cahillik və ağılsızlıq..."

Bəhram Bağırzadə bir vaxtlar eyni səhnəyə çıxdığı Zelenskidən DANIŞDI:
İndi hər kəsi ən çox maraqlandıran bir sual var: Rusiya-Ukrayna savaşının sonu necə olacaq?
 
Bu gün Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatın 9-cu günüdür. Görəsən, nəticə necə olacaq? 

Artıq ilkin nəticlər var: Rusiya bütün beynəlxalq idman federasiyalarından çıxarılır, bu ölkədə yarışlardan imtina edilir, xarici ölkədəki pavilyonları ləğv olunur. Rusiyanın bütün əsas siyasi simaları artıq sanksiya altındadır - onların xarici banklardakı əmlakları üzərinə həbs qoyulur, hesabları dondurulur.

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan  Əməkdar artist, "Bakılı oğlanlar”, "KVN” teatrının aktyoru Bəhram Bağırzadə Rusiya və Ukrayna arasında gedən müharibənin onun üçün xüsusi əhəmiyyət kəsb etmədiyini bildirib:

"Mənim düşündüyüm ancaq Qarabağ müharibəsi idi. Şükürlər olsun ki, Ali Baş Komandanımız müdrik insan olduğuna görə 44 gündə bu məsələni həll etdi. Bu yaxlınlarda sonuncu çıxışını izlədim. Dedi ki, "Mən bilirəm nəyi nə vaxt və necə etmək lazımdır”. Ona görə də mən bir azərbaycanlı kimi rahatam. Mənim müharibəm bitib və rahatam. Amma bu o demək deyil ki, bizim müharibəmiz bitib, bizim müharibəmiz hələ qabaqdadır. Mən bunu dəfələrlə demişəm, əsl müharibə hələ indi başlayır. Odur ki, bizim tələbələr yaxşı təhsil almalı, gələcəkdə peşəkar mütəxəssis olmalıdırlar. Əgər onlar vətəni sevirlərsə, ilk növbədə peşəkar olmalıdırlar. Bu gün Qarabağda şəhər salınırsa, asfalt çəkilirsə, bunlar hamısı keyfiyyətli olmalıdır. Bizim müharibəmiz hazırda budur”.  

Aktyor 21-ci əsrdə bu cür qanlı müharibə aparılmasını cahillik adlandırıb:

"O ki qaldı qlobal şəkildə gedən Rusiya-Ukrayna müharibəsinə, mənim zənnimcə, bunları politoloqlar, siyasətçilər, tarixçilər həll etməlidirlər. Moskvada cənab Zelenski ilə bir səhnədə olan KVN-çinin bu gün müharibə haqda nəsə deməyi fikrimcə, düz deyil. Amma bir insan kimi fikirlərimi bölüşə bilərəm, müharibə əlbəttə ki, pisdir, həm o tərəfdən, həm də bu tərəfdən insanlar boş-boşuna dünyalarını dəyişməməlidirlər. 21-ci əsrdə müharibə aparmaq, kimisə öldürmək, asmaq, bombalamaq ən böyük cahillik və ağılsızlıqdır! Bu gün qurmaq, yaratmaq, dünyaya övlad gətirmək, sevmək, sevilmək üçün nəyiniz çatışmır?”


OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...