Bayden "Putinin alimlərini oğurlamaq" istəyir

Bayden
ABŞ prezidenti Co Baydenin Rusiyada alimləri "oğurlamaq” üçün yeni strategiya hazırladığı bildirilir.

Sfera.az "Bloomberg"a istinadən xəbər verir ki, Bayden rəhbərliyi Rusiyadan əhəmiyyətli tədqiqatçı və elm adamlarını ABŞ-a cəlb etmək üçün viza şərtlərini əhəmiyyətli dərəcədə yumşaltmaq üçün addımlar atmağa hazırlaşır. Ağ Evin Konqresə təqdim etdiyi plana görə, ABŞ ali təhsilli ruslar üçün şərtləri cəlbedici edərək bəzi şərtləri ləğv edəcək.

Plan çərçivəsində iş vizası almaq istəyən rusların hazırda bir yerdə işləməsi tələbinin aradan qaldırılması, magistratura və ya doktoranturada təhsil alan ruslara viza asanlığının təmin edilməsi nəzərdə tutulur.  Bundan əlavə, kosmik texnologiya, kibertəhlükəsizlik, informatika, nüvə mühəndisliyi, süni intellekt və raket inkişafı sahələrində çalışan ruslar üçün ABŞ-da cəlbedici iş imkanları yaradılacaq.

Məlumata görə, planın məqsədi qısa müddətdə Rusiya lideri Vladimir Putinin yüksək texnologiya və elm sahəsində insan resurslarını zəiflətmək və uzunmüddətli perspektivdə Rusiyanın innovasiya səylərinə mane olmaqdır.

Rusiyada maliyyə imkanlarının məhdudluğu və artan sanksiyalar səbəbindən ölkədən ABŞ-a rusların axını son vaxtlar sürətlənib. Fevralın 24-dən, Ukraynaya işğalın başladığı gündən bəri əksəriyyəti təhsilli və karyera sahibi olan 200 mindən çox rusiyalının xaricə getdiyi təxmin edilir.


 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...