Barnaulda xüsusi təyinatlılardan qanunsuz “maska şousu” - VİDEO
Dünya
19:07 / 30.04.2022
1014
Barnaulda xüsusi təyinatlılar yerli kafedə ziyarətçinin burnunu və iki qabırğasını sındıraraq "maska şousu” təşkil ediblər. Və belə bir "tamaşa”dan sonra qurumun 72 yaşlı direktoru təcili yardım çağırmalı olub.
Xüsusi təyinatlıların əlinin altına keçənlərdən biri də kafenin yaşlı sahibi olub. Qızının dediyinə görə, polislər ağciyər xərçəngi və şəkərli diabet xəstəsi olan atasını təpikləyib və uzun müddət təcili yardım çağırmağa imkan verməyiblər. Həmin kişidən başqa daha bir qonaq da polislərin davranışlarından əziyyət çəkib: onun burnu və iki qabırğası sınıb. Xüsusi təyinatlılarla belə "görüş”dən sonra həmin şəxs İstintaq Komitəsinə ərizə ilə müraciət edib. Hazırda müstəntiqlər səlahiyyətlərindən sui-istifadəyə görə həmkarlarına qarşı iş qaldırılmasının mümkün olub-olmadığını araşdırırlar.