Banklar dollar satışına məhdudiyyət qoydu: Manat ucuzlaşacaq? – VİDEO

Banklar dollar satışına məhdudiyyət qoydu: Manat ucuzlaşacaq? – VİDEO
Banklar həm sahibkarlara, həm də vətəndaşlara xarici valyuta ilə bağlı iki məhdudiyyət tətbiq edir. Artıq xarici valyutanı günün birinci yarısına qədər almaq olar. Belə bir şey Azərbaycanda indiyə qədər olmamışdı. Amma xeyli müddətdir ki, vəziyyət belədir.

Bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.

O bildirib ki, dolların alışına da limit tətbiq edilir:

"Limitdən yuxarı məbləğə görə vətəndaşlar vergi ödəməlidir. Hesab edirəm ki, bu məhdudiyyətlər Mərkəzi Bank tərəfindən tətbiq edilir. Çünki valyuta əməliyyatı bankların gəlir mənbələrindən biridir. Onlar öz gəlir yerlərini niyə məhdudlaşdırsın? Düzdür, qanunvericilikdə və Mərkəzi Bankın normativ aktlarında bu cür məhdudiyyət yoxdur. Lakin belə nəticəyə gəlmək olar ki, burada söhbət banklara verilən hansısa qeyri-rəsmi göstərişdən gedir”.

Ekspert onu da qeyd edib ki, bu il dolların bahalaşması gözlənilmir:

"Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Biz ondan istifadə edərək, milli valyutamızın məzənnəsini hər zaman qoruya bilərik. Digər tərəfdən isə neftin də qiyməti qalxır. Bu baxımından dolların bahalaşması üçün əsas yoxdur”.
 


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov Azərbaycanın türk dövlətləri ilə iqtisadi əlaqələrindən DANIŞDI - VİDEO

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun İstanbulda keçirilən "Türkiyə-Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı”nda iştirak etdiyi barədə m...

Dəmiryolu xəttinin asfaltlanması ilə bağlı icra başçısından açıqlama - VİDEO

Sosial şəbəkələrdə Daşkəsən rayonunda dəmiryolu xəttinin asfaltlandığını əks etdirən görüntülər paylaşılmaqdadır. İddia olunur ki, Daşkəsən Rayon İcra Hakimiyyə...

Ağdam şəhər mərkəzində söküntü və yenidənqurma işlərinə başlanılıb - VİDEO

Ağdam şəhər mərkəzində söküntü və yenidənqurma işlərinə başlanılıb.   Sfera.az xəbər verir ki, hazırda əraziyə çoxlu sayda texnika çəlb olunub. Şəhərdə...

Banklar dollar satışına məhdudiyyət qoydu: Manat ucuzlaşacaq? – VİDEO

Banklar həm sahibkarlara, həm də vətəndaşlara xarici valyuta ilə bağlı iki məhdudiyyət tətbiq edir. Artıq xarici valyutanı günün birinci yarısına qədər almaq ol...

Çinlə Azərbaycan arasında daha bir dəmiryol marşrutu açılıb

  Çinlə Azərbaycan arasında daha bir dəmiryol marşrutu açılıb.   Sfera.az "Real Tv"yə istinadən xəbər verir ki, Çinin şərqindəki Tszinhua şəhərində...

Subsidiyalar ləğv edilir?

  Kənd Təsərrüfatı Nazirliyi: "Qərar yanlış anlaşılıb" Kənd Təsərrüfatı Nazirliyi subsiyilarla bağlı qərara aydınlıq gətirib.   Sfera.az xəbər ver...