“BakuBus”ın avtobusu əks yola çıxdı, görüntünü yayan şəxs isə… - VİDEO

“BakuBus”ın avtobusu əks yola çıxdı, görüntünü yayan şəxs isə… - VİDEO
6 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusun qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxması ilə bağlı  video görüntü yayılıb.

BNA-dən Sfera.az-a verilən məlumata görə, müəyyən edilib ki, 17.10.2018-ci il tarixində Həsən Əliyev küçəsi ilə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobuslardan birində texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi yolda dayanmalı olub. Bu səbəbdən, həmin avtobusun arxa tərəfi ilə hərəkət edən avtomobillər, o cümlədən də 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu da qısa məsafəni qət etmək üçün əks hərəkət zolağına çıxıb. Texniki nasazlıq səbəbindən yolda dayanan avtobusu keçdikdən sonra nəqliyyat vasitəsi marşrut xətti üzrə müəyyən olunan zolaqla hərəkətini davam etdirib.

Məlumat üçün onu da bildiririk ki, 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun əks yola çıxmasına dair sosial şəbəkələrdə görüntü yayan vətəndaşa araşdırmanın nəticəsi barədə məlumat verilib. Həmçinin, o, hadisənin bütöv şəkildə əhatə olunduğu görüntülərə baxmaq üçün "BakuBus” MMC-yə dəvət edilib. Vətəndaş isə avtomobillərin və avtobusun əks yola çıxmasının səbəbini bildiyini deyərək, "BakuBus” MMC-yə gəlməkdən imtina edib



 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənc oteldə biləklərini kəsib özünü binadan atdı - Dəhşətli intihar ANBAAN VİDEODA

Türkiyənin Yalova şəhərində dəhşətli intihar hadisəsi baş verib. Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələrindən birində yerləşən ...

21 yaşlı oğlan dağıntılar altından çıxarıldı - DƏHŞƏTLİ VİDEO

Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından bir nəfər sağ çıxarılıb.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə ...

“Qəbələ”nin məşqçisinin öldüyü qəzanın dəhşətli görüntüləri - VİDEO

Hadisə Qəbələdə "Toyota" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində baş verib.  Sfera.az ARB-yə istinadən xəbər verir ...

Hava limanı yolunda zəncirvari qəza - VİDEO

Bakıda ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki, Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hava limanı yolunda 4 maş...

“BakuBus”ın avtobusu əks yola çıxdı, görüntünü yayan şəxs isə… - VİDEO

6 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusun qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxması ilə bağlı  video görü...

"Yarışa çıxan" BakuBus-un 3 avtobusu toqquşdu - VİDEO

Gecə Bakıda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib. Sfera.az xəbər verir ki, hadisə şahidlərinin Avtosfer-az-a verdiyi məlumata görə, Zığ qəsəbəsi...