“Baku City Residence”: daşınmaz əmlaka sərmayənin üstünlükləri nələrdir? - FOTOLAR

“Baku City Residence”: daşınmaz əmlaka sərmayənin üstünlükləri nələrdir? - FOTOLAR
Daşınmaz əmlaka sərmayə hər zaman təhlükəsiz və mənfəətli sahələrdən biri olub. Bəs hal-hazırki vəziyyətdə daşınmaz əmlak bazarı bizə nələr vəd edir? Yerli və xarici bazarda olan cari vəziyyət və gözləntilərin daşınmaz əmlak bazarına təsiri nədir? Sərmayənin bu növü əlavə qazanc (passiv gəlir) ilə birlikdə qoyulan sərmayəni sistematik risklərdən (inflyasiya, devalvasiya və s.) qoruyurmu?

Daşınmaz əmlak almaq istəyən vətəndaşlar üçün "Baku City Residence” komandası araşdırma apararaq suallara aydınlıq gətirib.

"Daşınmaz əmlaka sərmayə qoymaq istəyirəm, əldə edəcəyim üstünlüklər nələrdir?”

Birlikdə nəzər yetirək.

  1. İlk və önəmlisi; icarəyə verdiyiniz əmlaklarınızdan passiv gəlir əldə etmə imkanı; saat 9-6 iş rejimi yoxdur, əziyyətsizdir - oturduğunuz yerdən sərmayəniz sizin üçün işləyəcək.

  2. Daşınmaz əmlaka sərmayə qoymaqla siz, öz şəxsi sərmayə portfelinizi qura bilərsiniz.

  3. Daşınmaz əmlaka qoyulan sərmayə, (fiziki aktivə sahib olmaq) inflyasiyadan qorunma, eləcə də sərmayənizin (aktivləriniz) çoxtərəfli inkişafına gətirib çıxarır. Mənzillərin hər biri öz spesifik xüsusiyyətləri ilə fərqli növ investisiyadır.

Nümunə olaraq, sahəsi, yerləşməsi, mərtəbəsi, mənzərəsi və digər spesifik xüsusiyyətləri ilə hər mənzil üçün fərqli olduğundan, hər biri fərqli likvidliyə malik olan mənzillər ilə Siz diversifikasiya olunmuş bir portfel yarada bilərsiniz.

"Devalvasiya olarsa, daşınmaz əmlakımı hansı risklər gözləyir?”

Daşınmaz əmlaka qoyulan sərmayə riski azdır, minimaldır!

  1. Əksər insanlar inflyasiya və devalvasiyadan qorxsalar da, daşınmaz əmlak investorları üçün bu, belə deyil. Əksinə, əmlaka qoyulan investisiya gözlənilməyən hadisələrə qarşı yaxşı sığorta növüdür. Qiymət səviyyəsi yüksəldikcə, (inflyasiya və devalvasiyanın təsirindən) əmlakınızdan əldə edəcəyiniz icarə gəliri və investisiyanın dəyəri getdikcə artır. Qısaca desək, bazar necə dəyişsə, portfeliniz üzrə qazancınız da bazara indeksləşmiş olacaqdır.

  2. Daşınmaz əmlaka sərmayənin ən böyük faydalarından biri də riskin minimuma enməsidir. Əlbəttə ki, ay ərzində hesablanmış gəlirin (icarədən əldə olunan mənfəət) olmasından əlavə, xarici valyuta, səhm valyutası və kripto valyuta kimi daha yüksək riskli investisiya növləri ilə müqayisədə müəyyən bir izolyasiyanın olması önəmli faktordur.

"Daşınmaz əmlakın maliyyələşdirilmə proseduru necədir?”

Uzunmüddətli, aşağı faizlə ipoteka və faizsiz daxili kreditlə asanlıqla maliyyələşdirilir.

Hal-hazırda "Baku City Residence”-in (BCR) 4 ilədək, cəmi 25%-dən başlayan ilkin ödəniş şərtləri hər kəs üçün individual şəkildə hazırlanaraq təklif olunur.

Nümunə kimi: portfelinizə 200.000 AZN dəyərində əmlak daxil etmək üçün sizə 50.000 AZN (25%) vəsait tələb olunacaq.

Həmçinin ilkin ödəniş 20%-dən və İllik cəmi 8%-dən başlayaraq 500.000 AZN-ə qədər daxili bank ipotekası ilə, mənzilləri əldə etmək mümkündür.

"Hazırda Baku City Residence bu istiqamətdə nələri təklif edir?”

Dəyəri artmaqda davam edən İnvestisiya fürsəti!

Ekoloji təmiz, təhlükəsiz, zamanın innovativ tələbləri ilə ayaqlaşan, 24/7 xidmətlər ilə təmin edilmiş, dəyəri artan yaşayış kompleksləri qururuq!
Hazırda "Baku City Residence” brendinin davam etməkdə "Khatai” və "Koroglu” layihələri mövcuddur.

Bakı şəhəri Nəcəfqulu Rəfiyev 25 ünvanında ümumi sahəsi 30.000 m²-ə yaxın qapalı ərazidə inşa edilməkdə olan hər biri 20 mərtəbəli 4 binadan ibarət "Khatai” layihəsi qısa zaman uğurlu layihə kimi özünü tanıtmağa müvəffəq olmuşdur.

2023-cü ilin aprel ayında sakinlərimizin istifadəsinə veriləcək layihəmizdə sahəsi 65.1 kvadrat metrdən 200 kvadrat metrəyə qədər hər istəyə uyğunlaşdırılmış 1,2,3 və 4 otaqlı mənzillər mövcuddur.

Satışına başlanıldığı andan 11 ay ərzində layihənin 50%-dən çoxunun satılması uğurlu layihə göstəricisidir.

Bakının ən əsas prospekti olan Heydər Əliyev 189 ünvanında ümumi sahəsi 90.000 m²  qapalı ərazidə inşa edilməkdə olan hər biri 16 mərtəbəli 8 binadan ibarət "Koroglu” layihəsinin inşası davam etməkdədir.

2024-cü ilin birinci yarısında sakinlərin istifadəsinə veriləcək layihəmizdə sahəsi 71.5 kvadrat metrdən 176.5 kvadrat metrəyə qədər hər istəyə uyğunlaşdırılmış 1,2,3 və 4 otaqlı mənzillər mövcuddur.

Baku City Residence "Khatai” layihəsinin uğurlu artım göstəricilərini nəzərə alaraq satışına yenicə başlanılmış "Koroglu” layihəsindən mənzil sahibi olmağın tam zamanıdır.

Müştərilərimizin zamanının nə qədər qiymətli olduğunun fərqindəyik. "Baku City Residence” gələcək ünvanının seçimindən başlayaraq alqı satqıdan sonrakı bütün mərhələlərdə Sizə yardımçı olmağa hazırdır.

Sərmayənizi bizə etibar edin!

BCR "Khatai” layihəsi:
 

 
Layihə ilə bağlı ətraflı məlumat üçün:

www.khatai.bcr.az
Tel: 121
+994 51 205 33 47 / +994 51 205 33 48
Nəcəfqulu Rəfiyev, 25
 
BCR "Koroglu” layihəsi:

 
Layihə ilə bağlı ətraflı məlumat üçün:

www.koroglu.bcr.az
Tel: 121
+994 51 205 05 15 / +994 51 205 05 16
Heydər Əliyev pr. 189
 
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...