Bakının xanım avtomobil ustası... - Kişi işi görən Nüşabənin HEKAYƏSİ - VİDEO

Bakının xanım avtomobil ustası... - Kişi işi görən Nüşabənin HEKAYƏSİ - VİDEO
Nüşabə Ağayeva 4 ildir ki avtomobil təmir ustası işləyir. Bir qız və bir oğlan anası olan 42 yaşlı xanım hər gün saat 9-da işə gəlir. Ətraf çirkli olarsa təmizləyir, yemək bişirir, sonra keçir iş başına – avtomobilləri təmir etməyə. Onun əsas işi avtomobilin sürətlər qutusu ilə bağlıdır. Onu deyək ki, sürətlər qutusu avtomobilin mühərrikindən aldığı gücü təkərlərə ötürür. Ona çox vaxt ötürücü qutu da deyilir. Maşınlara olan həvəsi Nüşabə xanımın uşaq yaşlarından formalaşıb: "Atamın köhnə sovet maşını vardı. Vaxt tapdıqca həmin maşınla maraqlanır, atama onunla bağlı suallar verirdim. Bir gün avtomobil alacağımı xəyal edirdim. xəyalım gerçək oldu...”. - Necə oldu ki, maşın ustası olmaq qərarına gəldiniz? - Avtomobilimlə bağlı tez-tez ustalara müraciət etməli olurdum. Çoxu heç problemi həll edə bilmirdi. Bu isə vaxt və pul itkisinə səbəb olurdu. Bir gün yolum mənə bu sənəti öyrədən Vüsal ustanın təmir sexinə düşdü. Avtomobilimin yenə təmirə ehtiyacı vardı. Sağ olsun, Vüsal usta onu təmir etdi. Onun peşəsinə olan həvəsi, bacarığı bu sənəti öyrənməyimə səbəb oldu. O da sağ olsun, qəbul etdi. Bir il yarım onun yanında şagird kimi işlədim. İşi öyrəndikdən sonra gəldim Sərdar ustanın yanına. Ardıq 2 ildən çoxdur ki, burada işləyirəm. Nüşabə xanımın əslində tibbi təhsili var. O, bir müddət hətta bu işdə də işləyib. Ailə həyatı qurduqdan sonra davam etdirə bilməyib. Onun sözlərinə görə, indi qazancı heç də pis deyil. Özü demişkən, çulunu sudan çıxara bilir. - Avtomobil ustası olacağınızı öyrənən zaman ailənizin ilk reaksiyası necə oldu? - Hazır deyildim, əvvəllər gizlədirdim. Onlar bunu heç də pis qəbul etmədilər. Əksinə, istər ailəm, istərsə də qohumlarım Azərbaycanda yeganə qadın avtomobil ustası olduğum üçün mənimlə fəxr edir. Çox şükür ki, onları utandıracaq heç bir hərəkətim olmayıb. - Maşın ustası olmağın qadın üçün fiziki çətinlikləri varmı? - Gücüm çatanda işlərimi özüm edirəm. Amma bəzi işlər var ki, onu edəndə ətrafdan kömək istəməli oluram. Nüşabə xanımın qadın müştəriləri daha çoxdur. O, deyir ki, avtomobilini kişi ustaların yanına apara bilməyən xanımlar daha çox ona müraciət edir. Amma onun kişi müştəriləri heç də az deyil. - Qızınızın da sizin kimi avtomobil ustası olmağını istərdinizmi? - Əlbəttə istəyərdim. Sənət elə bir şeydir ki, ən pis vaxtında belə əlinizdən tutur. Heç vaxt itib-batmır. Nüşabə xanım kişilərlə birlikdə işlədiyi üçün kobud olmağı ozünə bariyer seçdiyini deyir. - Bu gün əksər xanım sizin kimi ayaq üzərində qalmaqdan qorxur, yaxud da özündə bunun üçün güc tapmır. Onlara nə məsləhət görərdiniz? - Qadınlar heç də zəif məxluq deyil, əksinə onlar çox güclüdür. Mənim də çətin vaxtlarım olub. Elə olub ki, avtobusa verməyə 20 qəpik pulum olmayıb. Hər şeyə səbrlə yanaşıb, mübarizə aparmaq lazımdır. Geri çəkilmək lazım deyil. Belə bir deyim var, stəkanın dolu tərəfinə baxmaq lazımdır. Yəni, hər bir hadisəyə müsbət tərəfən baxmaq lazımdır. Mən bunu bilirəm və qadınlara da bunu arzulayıram.(xəbəroxu.az)
 
Sfera.az
= ]                          



OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...