Bakını bomba ilə hədələyən tutuldu

Bakını bomba ilə hədələyən tutuldu

Naməlum şəxs Daxili İşlər Nazirliyinə zəng edərək metroya bomba qoyacağını deyib. 102 xidmətinə bir neçə gün öncə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb.

Sfera.az faktxəbər.com-a istinadən bildirir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron Rayon Şöbəsi, Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonu Saray qəsəbəsində yaşayan İmişli rayon sakini, 1977-ci il təvəllüdlü Fəqani İsmayılov olması müəyyən edilib.
 
F.İsmayılov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
 
F.İsmayılova qarşı irəli sürülən ittiham sübuta yetirilərsə, onu 5 ildən 8 ilə kimi azadlıqdan məhrum etmə cəzası gözləyir.


OXŞAR XƏBƏRLƏR

Dövlət universitetində terror törədən şəxs: "Hücumu uşaqlıqdan planlaşdırırdım"

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur. Sfera.az Rusiya mediasına istinadla xəbər verir ki, hüquq-mühafizə o...

İki maral balasını satmaq istədi, polis işə qarışdı – ZAQATALA SAKİNİ HƏBS OLUNDU

Qəbələdə adı "Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs tutulub. Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan ...

Qonşusu AXCP sədrini tənqid etdiyinə görə Elçin Əlibəylini döydü - Aparıcı 102-ni yığdı

  Tanınmış teleaparıcı Elçin Əlibəyli döyülüb.   Sfera.az xəbər verir ki, o özü bu haqda məlumat verib.     Tanınmış teleaparıcı AXCP ...

Azərbaycanda fermer faciəvi şəkildə öldü - Dörd bacının yeganə qardaşı idi - FOTO

  Salyan rayonunun Seyidlər kəndində bədbəxt hadisə nəticəsində fermer təsərrüfatının sahibi olan 1981-ci il təvəllüdlü Əzizov Fərəc Əziz oğlunu kənddəki ...

“Papanin körpüsü”ndə intihara cəhd, sürücü intiharçını necə aldatdı... - VİDEO

  Bakıda bir kişi intihar etmək məqsədilə körpünün üzərinə çıxıb.  Sfera.az "Oxu.Az"a istinadla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, "Pap...

Ali Baş Komandanın tapşırığı ilə: Müdafiə naziri hərbi hissələri yoxlayır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş q...