Bakıda Zəfər yürüşü başladı - VİDEO

Bakıda Zəfər yürüşü başladı - VİDEO
Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçirilir.

Sfera.az bildirir ki, saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Azneft dairəsindən "Ağ şəhər” bulvarınadək davam edəcək.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparırlar. Yürüşü süvari dəstəsi müşayiət edir.

"Ağ şəhər” bulvarınadək davam edən yürüş "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.
 

 
(bizim.media)

OXŞAR XƏBƏRLƏR

“Expo 2020 Dubai”: Azərbaycan pavilyonunu bu günə qədər 2 milyon adam ziyarət edib - VİDEO

"Burda hər bir millətin təmsilçisini görmək olar. Bu Azərbaycanın  turizmini eyni zamanda mədəniyyətini tanıtmaq üçün ən gözəl şansdır". Sfera.az xəb...

Tahir Kərimli: “Qapıya gələndə gördüm ki, açar yerinə “zapiska” qoyublar” - VİDEO

"Həmin videonu sosial şəbəkələrdən silmək istədik, lakin gec idi, artıq yayılmışdı. Saytlar da bu videonu paylaşdılar”. Sfera.az  xəbər verir ki, bu ...

Azərbaycan xarici ölkələrdən birinin ərazisini icarəyə götürür - Bu məqsədlə... - VİDEO

"Biz elə etməliyik ki, Azərbaycan buğda ilə özünü təmin etsin. Hər hansı dövlət özünün ərzaq təminatını 75 faiz təmin edirsə, bu, ölkənin təhlükəsizliyini təmin...

Kasıbları təhqir edən sürücü ilə bağlı maraqlı fakt - Zakir Qaralovun “pul yığanı”...

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən "Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən g...

Azərbaycan hərbçiləri erməni əsgərlərini ərazilərimizdən belə qovdu - VİDEO

Azərbaycan hərbçilərinin Ermənistan əsgərlərini tərksilah edib tutduğu mövqelərdən qovması barədə görüntülər yayılıb. Sfera.az  baku.ws-ə istinadən x...

Bakıda Zəfər yürüşü başladı - VİDEO

Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçirilir. Sfera.az bildirir ki, saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Azneft dairəsindən "Ağ ...