Bakıda yol polisinin manevrləri müzakirələrə səbəb oldu - VİDEO

Bakıda yol polisinin manevrləri müzakirələrə səbəb oldu - VİDEO
Bakı şəhərində yol polisi əməkdaşı xidməti avtomobillə qaydaları kobud şəkildə pozub.

Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Belə ki, yol polisi Heydər Əliyev prospektində manevr qaydalarını dəfələrlə pozaraq, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Bu zaman həmin xidməti avtomobildə sayrışan işıqlar və səs siqnalı qoşulmayıb. Qayda pozan patrul avtomobili 99-YP-279 dövlət nömrə nişanlı YPX maşınıdır.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli yol polisinin xidməti avtomobillə təhlükəli manevrlər etməsi iddia olunan görüntülərə aydınlıq gətirilib.

O, modern.az-a bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

A.Əsgərli görüntülərin köhnə olması ilə yanaşı, "təhlükəli manevrlər”lə bağlı iddiaların həqiqəti əks etdirmədiyini  diqqətə çatdırıb:

"Qeyd edim ki, operativ nəqliyat vasitələrinin hərəkəti "Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsilə tənzimlənir. Digər tərəfdən, bu görüntülər köhnə görüntülərdir və reytinq xatirinə ortaya atılıb. Ən əsası isə polis avtomobilin sayrışan işıqlarını yandıraraq hərəkət edir. Bu Nizami rayonu Dövlət Polisi Şöbəsinə məxsus maşındır və qanunun icazə verdiyi şəkildə hərəkət edir. Bu görüntülərdə polis tərəfindən heç bir qanunsuz hərəkət yoxdur”.

DYP rəsmisi polisin adından istifadə edərək, reytinq xatirinə bu kimi yazıların yazılmasına qarşı çıxıb.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...