Bakıda uşaqlara işgəncə verən baxça işçisi haqqında SON MƏLUMAT - VİDEO

Bakıda uşaqlara işgəncə verən baxça işçisi haqqında SON MƏLUMAT - VİDEO
Yasamal Rayon Məhkəməsində 3 uşağa işgəncə verən tərbiyəçinin məhkəməsi başlayır.

"Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi, cinayət məcəlləsinin 133.2.1 (Əzab vermə; iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirləndirilən Tağıyeva Firuzə Feyruz qızının məhkəmə prosesi sentyabr ayının 11-də hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, bu ilin iyuna ayında Bakıda yerləşən "Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.

Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri "Kids studio” uşaq bağçasında olub. "Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Məlum olub ki, tərbiyəçi Tağıyeva Firuzə Feyruz qızı 3 uşağa işgəncə verib. Bundan sonra hər iki şəxs- "Kids Studio Uşaq Mərkəzi”nin müdiri Nigar Müseyibova və tərbiyəçi Firuzə Tağıyeva Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb. Firuzə Tağıyevanın uşaqlara  işgəncə verməsi sübuta yetirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.



OXŞAR XƏBƏRLƏR

Vaksin olunmayıb, amma sertifikatı var - Paytaxt sakini qəribə vəziyyətlə üzləşib - VİDEO

Bakıda ilk dəfə peyvənd üçün poliklinikaya müraciət edən şəxsə vaksin vurulmayib. Səbəb göstərilib ki, ona Beyləqanda birinci doza peyvənd vurulub. Sfera....

“Karantin cəriməsini ödəməyənlər axtarışa veriləcək” - DİN

Karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər. Sfera.az xəbər verir ki, bunu "ARB24"ün "Gündəm” verilişinə...

Əfqanlar Bakıda aksiya keçirdi, polis müdaxilə etdi - VİDEO

Bu gün Əfqanıstandan olan 40 nəfər miqrant Bakıda icazəsiz aksiya keçirməyə cəhd edib. Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xid...

Azərbaycanda qapanmalar olacaq? - AÇIQLAMA

"İyulun 1-dən başlayan toylar Məhhərəmlik ayının daxil olması ilə əlaqədar azalmağa başladı. Toyların sayı təqribən 75 faiz aşağı düşdü".    Sfera...

Xankəndidə evini satan erməni: “Gələcəkdə burada yaşamağın necə olacağı bəlli deyil” - VİDEO

Xankəndidə yaşayan ermənilərin əksəriyyəti evlərini satıb, şəhəri tərk edirlər. Çoxları Ermənistana geri dönür. Səbəb kimi isə Rusiya sülhməramlılarının Qarabağ...

Bakının “patı”lı QIZLARI - VİDEO

"Qadınların bəziləri elə zənn edir ki, "patı" çəkdikdən sonra yemək yeməyəcəklər və arıqlayacaqlar".  Sfera.az xəbər verir ki, bu sözləri ötən gün vi...