Bakıda tikilməkdə olan bina niyə çökdü? - AÇIQLAMA

Bakıda tikilməkdə olan bina niyə çökdü? - AÇIQLAMA
"Tikinti sahəsi təhlükə potensial yüksək sahədir. Burada istifadə olunan avadanlıqlar, tikinti materialları, kimyəvi tərkibli məhsullar, qaldırıcı mexanizmlər, qurğular, kranlar və s. - bunlar  hamısı insanların həyat və sağlamlığı üçün təhlükə riski daşıyan amillərdir. Ümumi istehsalatda baş verən qəzalara nəzər yetirsək, tikinti ərazilərindəki qəzalar birinci yerdədir”.

Bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev ötən gün Bakıda çökən binadan danışarkən deyib. Müsahibimiz bildirib ki, tikintidə baş verən qəzaların bir neçə səbəbi var:

"Birincisi, uçma, dağılma, çökmə səbəbindən baş verən qəzalar; tikinti materiallarının keyfiyyəti ilə bağlı; üçüncüsü, layihələndirmədən kənara çıxma; nəzarət sistemində nöqsanların olması. Nəzərə almaq lazımdır ki, tikinti materialları keyfiyyətli olmalıdır, layihədən kənara çıxmalar olmalı deyil, tikinti prosesində koordinasiyalı nəzarət sistemi təmin edilməlidir. Ümumiyyətlə, bütün tikinti sahələrində öncədən təhlükəsizlik işləri qiymətləndirilməlidir – hansı təhlükə riskləri ola bilər? Və bunlara qarşı öncəliyici tədbirlər planı olmalıdır. Uçma, dağılma, çökmə ola bilər, hündürlükdən yıxılma, xəsarət alma mümkündür yaxud yüksəklikdən hər hansı material vətəndaşların yaxud hansısa əmlakın üstünə düşə bilər, qaldırıcı qurğularda nasazlıq yarana bilər, kimyəvi tərkibli məhsullardan düzgün istifadə edilməməsi yanğına səbəb yarada bilər və s”.

Ekspert qeyd edib ki, tikinti ərazisinə kənar şəxslərin daxil olması, hər hansı materiala toxunması, istifadə etməsi də onların həyat və sağlamlığı üçün təhlükə yaradır:

"Nəqliyyat vasitələrinin ərazidə hərəkəti zamanı təyin olunmuş təhlükəsizlik qaydalarının pozulması da böyük fəsadlara səbəb olar. Yəni bütün bu təhlükə riskləri öncədən qiymətləndirilməklə konsepsiya hazırlanmalıdır. Tikinti sahələrində texniki təhlükəsizlik, əməyin mühafizəsinə nəzarət edən məsul şəxslər olmalıdır. Bu şəxslərin birbaşa vəzifə borcudur ki, bütün təhlükə risklərini öncədən qarşısını alsın, proseslərə nəzarət etsin. Koordinasiyalı sistemlə baş verə biləcək hadisələrin miqyası kiçik olur, insanlar həyatlarını itirmir və ya xəsarət almırlar. Əgər tikinti normalarına düzgün riayət olunmazsa, təbii ki, qəzaların baş vermə riski qaçılmazdır”.

Xatırladaq ki, ötən gün Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb. Hadisə "City Garden" layihəsinin inşa olunan binalarından birində baş verib.

Günay Rəsulqızı
Sfera.az
 

 


OXŞAR XƏBƏRLƏR

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Hərbçimiz yol qəzasında həlak oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib. Sfera.az xəbər verir ki, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində qeydə alı...

Bakıda dəhşətli QƏZA: Lüks avtomobilin sahibi hadisə yerində öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza olub. Sfera.az-ın məlumatına görə, hadisə mayın 11-i saat 22:50-də yolun Siyəzən rayonu ərazisindən keçən hissəs...

Qızıl şirkətinin azərbaycanlı sahibi ağır qəzada öldü - FOTO

Xarici ölkədə qızıl mədənçiliyi ilə məşğul olan azərbaycanlı biznesmen həyatını itirib. Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, "Arifoglu Gold" şirkə...

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qaldı - FOTO

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb. Sfera.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, jurnalistin ta...