Bakıda şagirdlər bir-birini bıçaqladılar
09:42 / 26.02.2016
2698
Xəzər rayonunda məktəbdə bıçaqlanma hadisəsi olub.
Sfera.az aznews.az-a istinadən bildirir ki, hadisə bu gün Binə qəsəbəsində 136 saylı saylı R.M.Sadıqov adına məktəbdə baş verib.
Məlumata görə, 8-ci sinif şagirdləri arasında yaranan dava nəticəsində İlkin adlı şagird Əli adlı sinif yoldaşını bıçaqlayıb. Şagirdin qarın nahiyəsindən 3 bıçaq zərbəsi aldığı və hazırda Sabunçu xəstəxanasında əməliyyat olunduğu bildirilir.