Bakıda qanlı cinayət: İki polis bıçaqlandı

Bakıda qanlı cinayət: İki polis bıçaqlandı
Bakıda 2 polis əməkdaşı bıçaqlanıb.

Sfera.az xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Hadisənin təfərrüatı araşdırılır.
 
(report)

OXŞAR XƏBƏRLƏR