Bakıda qadınla görüşə gedən gənc öldürüldü - ŞOK HADİSƏNİN TƏFƏRRÜATI - FOTO

Bakıda qadınla görüşə gedən gənc öldürüldü - ŞOK HADİSƏNİN TƏFƏRRÜATI - FOTO
Fevralın 13-də gecə saatlarında Bakıda ölümlə nəticələnən dava-dalaşın təfərrüatı məlum olub.

Sfera.az Publika.az-a istinadən bildirir ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyməsi və nəticədə Eynulla İbadovun xəstəxanaya aparılarkən yolda ölməsi mübahisə zəminində baş verib.

Belə ki, Biləcəri qəsəbəsində yaşayan və Vətən Müharibəsi qazisi olan Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçəyə çıxdıqda oyaxınlıqda yaşayan və yüngül həyat tərzi keçirən qadının yanına gəlmiş şəxslərlə Y.Quliyev arasında mübahisə yaranıb. Az sonra mübahisə münaqişəyə çevrilib.

Yaxınlarının bildirdiyinə görə Yəhya həmin şəxsləri taxta ilə deyil, yumruqla vurub. Nəticədə 30 yaşlı Eynulla aldığı xəsarətdən vəfat edib. Z.Həşimlinin isə həyatına təhlükə yaranmayıb.

Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən Müharibəsində yaralanaraq qazi olub. O, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Hadisəni törədən şəxs saxlanılıb. Onun fotosunu təqdim edirik.

OXŞAR XƏBƏRLƏR

Bu rayonun icra baçısına 11 il həbs cəzası verildi - FOTO

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə icl...

Bakıda tanınmış blogeri amansızcasına öldürən əmisi oğlunun FOTOSU

Dünən saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində 24 yaşlı əmisi oğlu Əmrulla Güləliyev tərəfindən bloger kimi tanınan Əvəz Şıxməmmədovun qətli b...

Azərbaycanda vəzifəli şəxsin qardaşı adam GÜLLƏLƏDİ

İmişli rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə fevralın 22-də rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. 1981-ci il təvəllüdlü Xalid İbrah...

Bakıda baldızını və uşaqlarını öldürən müəllimin FOTOSU

Bakıda ana və övladlarını qətlə yetirən Əhəd Əliyev 2010-2015-ci ildə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru, 2015-ci ildən sonra Sabirabad şəhər N. Nə...

Bakıda evində 2 övladı ilə öldürülən qadının FOTOSU

Xəbər verdiyimiz kimi, dünən Bakıda qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxa...

Rusiyada “qanuni oğru” ovu - Kriminalitetlər yüksək statusa görə həbs edilir

Rusiyada "qanuni oğru”ların ovu davam edir.  Sfera.az  xəbər verir ki, 2020-ci ildə Rusiya Federasiyası Cinayət Məcəlləsinə edilən dəyişikliklər...