Bakıda polisə silahlı müqavimət göstərən şəxsin FOTOSU

Bakıda polisə silahlı müqavimət göstərən şəxsin  FOTOSU
Xəbər verdiyimiz kimi, Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.

Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib. Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs polis əməkdaşları tərəfindən zərəsizləşdirilib. 

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb. Zərərsizləşdirildikdən sonra meyit ailəsinə təhvil verilib. Əraziyə Səbail Rayon Polis İdarəsinin rəisi və polis əməkdaşları cəlb olunub. Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı. 

Faktla bağlı araşdırmalar davam edir.
 
(azxeber)


OXŞAR XƏBƏRLƏR

DTX onu həbs etdi - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Sfera.az ...

Evindən narkotika tapılan qadın edama məhkum edildi – FOTO

İsrailli Fida Kivan Dubaydakı evində narkotik saxlamaqda günahkar bilinərək edam cəzasına məhkum edilib. Sfera.az xəbər verir ki, bəzi mənbələrdə 38, bəzi...

Rus-türk mafiyasının 1 ton kokainini ələ keçirən şəxs - “Valyagin cinayəti”

Baltikyanı ölkələrdə kriminal dünyanın əfasənəsi sayılan Gennadi Valyaginin (Dlinnıy) qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.  Sfera.az xatırla...

Goranboyda arvadını öldürən şəxsin FOTOLARI

Xəbər verdiyimiz kimi, Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb. Sfera.az bildirir ki, "Qafqazinfo”nun...

Polisin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən xəbə...

Bakıda polislərin əmrinə tabe olmayan "Range-Rover"in sürücüsü həbs edildi - FOTO + VİDEO

Bakıda yol hərəkəti qaydalarını ardıcıl kobud şəkildə pozan və polislərin "Saxla" əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib. Bu barədə Sfera...