Bakıda polis idarəsində intihara cəhd
09:45 / 11.05.2022
2218
Bakının Sabunçu rayonunda intihara cəhd olub.
Sfera.az xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılaraq polis bölməsinə gətirilib. O, bölmənin ikinci mərtəbəsində özünü pilləkəndən atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.