Bakıda nadir hadisə: qadın sürücü maşını ilə birlikdə cərimə meydançasına aparıldı - FOTO

Bakıda nadir hadisə: qadın sürücü maşını ilə birlikdə cərimə meydançasına aparıldı - FOTO

Bu gecə yol polisi əməkdaşları qadın sürücünün müqaviməti ilə üzləşiblər.Sfera.az lent.az-a istinadən bildirir ki, polis əməkdaşları Neftçilər prospektində yol hərəkəti qaydasını pozan "Hyundai" markalı avtomobilin xanım sürücüsünə "Saxla!" əmri versələr də, o hərəkətini davam etdirib. Yaradılan süni tıxac nəticəsində avtomobil saxlanılıb. Lakin sürücü avtomobilin qapılarını bağlayaraq, sənədlərini polis əməkdaşına verməkdən imtina edib. Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. O, iki ay əvvəl yol nəqliyyat hadisəsi törədərək ərazidən qaçdığı və banka borcu olduğu üçün axtarışa verilib.

Sənədlərini polis əməkdaşına təqdim etməyən xanım sürücü mobil telefonla tanışı ilə danışdıqdan sonra sükan arxasından sərnişin yerinə keçib. Viktoriya Vlasova müqavimət göstərdiyi üçün əraziyə əməliyyat qrupu çağırılıb. O, avtomobildən düşmədiyindən, əraziyə evakuator çağırılıb. Avtomobil sürücü ilə birgə evakuatora mindirilib.

Avtomobil cərimə meydançasına aparılıb. Xanım sürücü cərimə meydançasında da avtomobildən düşməyib. Araşdırmalar davam edir.


OXŞAR XƏBƏRLƏR

Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi — FOTOLAR

 Azərbaycanlı qıza elçi düşən və Türkiyədən xına mərasimi keçirmək üçün Azərbaycana gələn Çakır ailəsi koronavirus səbəbindən iki ay burada qaldıqdan sonra...

Hamı bu müəllimədən DANIŞIR — SƏS YAZISI YAYILDI

 Sosial şəbəkələrdə onlayn dərs keçən müəllimənin səs yazısı yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə onlayn qaydada ingilis dili dərs...

Keysəriyyə əməliyyatı etdilər, amma uşaq tapılmadı– Həkimlər və ana ŞOKDA

 38 yaşlı qadın qarnında kəskin ağrılarla xəstəxanaya gəlir. USM müayinəsi onun 34 həftəlik hamilə olduğunu bildirəndə qadın şoka düşür, çünki o, ham...

Azərbaycanda qara qar yağdı — ŞOK VİDEO

 Quba rayonuna qara qar yağıb.   Sfera.az xəbər verir ki, təbiət hadisəsi Təngəaltı kəndində qeydə alınıb.  Belə ki, ötən gün kəndə yağan ...

Bakı səmasında QƏRİBƏ HADİSƏ - Sunamiyə bənzəyir - REAL FOTOLAR

  Bu görüntülər Bakı səmasında çəkilib. Sfera.az xəbər verir ki, paytaxt sakini Məhəmmədli kəndinin üzərində qəribə mənzərə yaradan bulud qatını telefonu...

Sabah Günəş tutulması baş verəcək

  Sabah 2019-cu ilin son Günəş tutulması qeydə alınacaq. Sfera.az  xəbər verir ki, həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vax...