Bakıda möhtəşəm hərbi parad olacaq - Ciddi hazırlıq gedir - FOTO

Bakıda möhtəşəm hərbi parad olacaq - Ciddi hazırlıq gedir - FOTO
Sentyabrın 15-də Bakıda möhtəşəm hərbi parad keçiriləcək.

Sfera.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində Bakıda hərbi parad təşkil ediləcək. Parad Bakının 1918-cı il sentyabrın 15-də bolşevik-daşnak silahlı birləşmələrinin əlindən azad edilməsinin 100 illiyi münasibətilə keçirilir.

Xatırladaq ki, 100 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Bu baxımdan 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə hesab edilir.

Qeyd edək ki, möhtəşəm hadisənin 100 illiyi ilə əlaqədar keçiriləcək paradla bağlı hazırlıqlara artıq başlanıb. Parada Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib.

Ssenariyə əsasən parad iştirakçıları Bakının küçələrindən Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə 100 bundan əvvəl Azərbaycan və Osmanlı ordusunun hərbi geyimlərində, süvari və piyada ordu şəklində keçəcəklər.


 
/Milli.az

OXŞAR XƏBƏRLƏR

4 yaşlı Asiflə Prezidentin maraqlı dialoqu - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Şuşadan video paylaşıb. Sfera.az xəbər verir ki, videoda 4 yaşlı Asiflə Prezi...

Ermənistan Kəlbəcər istiqamətində daha bir təxribat törətdi - FOTOLAR+VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərind...

Ordumuzun Kəlbəcərə daxil olmasının yeni görüntüləri - FOTO/VİDEO

Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni videogörüntüləri yayılıb. Sfera.az  bu barədə Müdafiə Nazirliyinə istinadən ...

Rəşad Atakişiyevlə vidalaşırıq - VİDEO

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb. APA xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin hə...

Zakir Həsənov ön xətdə düşmən mövqelərini izlədi - FOTO-VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonad...

Qafqazın ən böyük kolbasa şirkətində bir gün - FOTO - VİDEO

Əməkdaşlarımız "Səhliyalı" müəssisəsində kəsim prosesindən tutmuş, məhsulların hazırlanmasına, saxlanmasına qədər bütün prosesləri izlədilər; şəffaf və sağlam q...