Bakıda məşhur restoranda yanğın - FOTO/VİDEO

Bakıda məşhur restoranda yanğın - FOTO/VİDEO
Bakıda restoranlardan birində yanğın hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, Yenicag.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə paytaxtın Hüseyn Cavid prospekti, 147A ünvanında, "Qoç Ət” restoranlar şəbəkəsinə aid filiallardan birində qeydə alınıb.

İlk olaraq restoranın personalı yanğını söndürməyə çalışıb. Hadisə yerinə FHN əməkdaşlarının cəlb olunmasından sonra yanğın tamamilə söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb. Müştərilər dərhal təhlükəsiz şəkildə restorandan çıxarılıb.

Restoran administrasiyası yanğının elektrik naqillərində baş verən qısa qapanma nəticəsində meydana gəldiyini bildirib.
Müəssisəyə dəyən maddi zərər hesablanır.
 

 

OXŞAR XƏBƏRLƏR